İşdən ayrılan Əməkdar artist danışdı: Mənə heç bir şərait yaratmadılar
Xəbər verdiyimiz kimi, Azərbaycan Pantomim Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev istefa ərizəsi yazaraq işindən ayrılıb.
Məsələnənin təfərrüatlarını öyrənmək üçün Əməkdar artist Elman Rəfiyevlə əlaqə saxladıq.
Aktyor azxeber.com-a açıqlamasında işdən 6 ay öncə ayrıldığını bildirib:
"İki gündür telefonlarım susmur, eşidən hər kəs zəng edir. İlk və son dəfə bu haqda danışacağam. Bu istefa 6 ay öncə baş verib, sadəcə sizə məlumat gec çatıb. Bunun səbəbini isə birbaşa Mədəniyyət nazirliyindən soruşmaq lazımdır. Onların bu barədə açıqlama verməməsinin səbəbi nədir, bilmirəm. Mənim yerimə təyinat da olub".
Aktyor bildirib ki, teatrda çalışması üçün ona heç bir şərait yaradılmayıb:
"Rəhbərlikdən istefa versəm də, orada aktyor kimi çalışmağıma belə heç bir şərait yaratmadılar. Mən Pantomim teatrının yaradıcısıyam. Bu teatrın adı gələndə mən yada düşürəm. Hal-hazırda işsizəm. Aktyor hər yerdə çalışa bilər, sadəcə gərək təklif gəlsin. Mən kiminsə qapısında oturub iş istəyən deyiləm, heç vaxt da belə biri olmamışam. İndidən sonra da bunu etməyəcəyəm. Hazırda Dövlət Televisiyasında "Fatehlərin divanı" televiziya tamaşasında həm aktyorlar üzrə rejissoram, həm də rol alıram. İncəsənət aləminin mənə ehtiyacı var, amma verilən qiymət çox dəyərsizdir və mən tək deyiləm. Bizim dəstəmiz çox böyükdür. Bu acı reallıqdır".
Əməkdar artist bildirib ki, Mədəniyyət nazirliyinin nə üçün 6 ay müddətində bu xəbəri ictimaiyyətlə bölüşməməsindən xəbərsizdir:
"Mən bilmirəm nə üçün Mədəniyyət nazirliyi 6 aydır bununla bağlı heç bir açıqlama verməyib. Nə üçün? Çox maraqlıdır. Və birdən-birə bu xəbər medianın gündəminə düşür və mən ölkədə ən çox axtarılan adam oluram. Bəs indiyə qədər niyə mən heç kimin yadına düşmürdüm? Bu çox acınacaqlı haldır. Çünki Azərbaycanda Pantomim deyəndə mən yada düşürəm, Elman Rəfiyev yada düşür. Mən bu işin tarixini yazmışam. Məni bu tarixdən kimsə silə bilər? Xeyr! Mən tarixdə əbədi olaraq qalacağam!".
Aysel Hacızadə

Hikmət Hacıyevdən Turala diplomatiya və media dərsi - Hacıbəy Heydərli yazır
Salyandakı qəzada ölənlərin FOTOLARI
"Bu səfərlərin çox böyük siyasi mənası var
Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat aldı
Rusiyanın Zaporojye AES-lə bağlı planları belə pozuldu
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqladı
Gürcüstanda 3,3 maqnitudalı zəlzələ oldu
Bir və "UnionPay" tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
Bakıda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı
"Euronews" İlham Əliyevin Almaniyaya səfərindən yazdı
Neft bahalaşacaq
Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMA
ÇL: "Sabah" "KuPS"a qarşı
Qalibaf ABŞ-nin Yaxın Şərqə hərbi texnika göndərməsini tənqid etdi
Şərurda qadın meyiti tapıldı