İşdən çıxarılan polislə Pərvin ayrıldı
Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə işdən çıxarılan Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Murad Abdullayev və aktrisa sevgilisi Pərvin Abıyeva ayrılıb.
Open.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Abdullayev uzun müddətdir sevgili olduğu Pərvinlə müasibətinə nöqtə qoyub. Ehtimal olunur ki, polis leytenantı bu qərara müzakirələrə səbəb olan videosu yayıldıqdan və bunun nəticəsində vəzifəsində azad edildikdən sonra gəlib.
Dünəndən etibarən isə Murad Abdullayevin kimliyi barədə sosial şəbəkələrdə müzakirələr gedir.
"Qafqazinfo"ya daxil olan məlumata görə, 1993-cü il təvəllüdlü Muradın yüksək instansiya məhkəmələrindən birinin sədrinin qardaşı oğlu olduğu bildirilir.
Eyni zamanda, atası Bakıda tanınmış brilliant mağazalar şəbəkəsinin rəhbəridir.
Qeyd edək ki, M. Abdullayev Pərvin Abıyeva ilə olan görüntülərinə görə işdən çıxarılıb. DİN-in yaydığı məlumatda qeyd olunurdu ki, "Polis haqqında" Qanunun və "DİN əməkdaşlarının etik davranış kodeksi"nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.
/open.az
f Paylaş
Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq