Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sisteminin formalaşdırılmasından ibarətdir.
KONKRET.az xəbər verir ki, bunu Unikal-a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, dəyişikliklərə əsasən, saatlıq minimum əmək haqqının orta aylıq əmək haqqının saatlara bölünərək alınacaq məbləğindən daha çox olmasıdır:
"Bu o deməkdir ki, saatlıq minimum əmək haqqı sadəcə orta aylıq əmək haqqının aydakı iş saatlarına bölünməsi ilə əldə edilməyəcək. Bu zaman xüsusi əmsallardan istifadə olunacaq. Nəticədə saatlıq minimum əmək haqqı daha yüksək olacaq və saatlıq minimum əmək haqqı ilə çalışan vətəndaşlarımız daha çox maaş alma imkanına malik olacaq. Eyni zamanda təbii ki, bu həm də bir neçə iş yerində çalışmaq imkanıdır və vətəndaşlarımızın aylıq gəlirinin artmasına səbəb olacaq. Həm saatlıq minimum əmək haqqı məbləğinin yüksək olması, həm də bir neçə işdə çalışmaq vətəndaşların daha çox əmək haqqı və gəlir əldə etməsinə imkan yaradacaq".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu
"Gəncə" Türkiyə təmsilçisinə məğlub oldu
Eldar Azadov vəfat etdi