İSESCO-nun nümayəndə heyəti BMM-də olub - FOTO

İSESCO-nun nümayəndə heyəti BMM-də olub - FOTOİSESCO-nun nümayəndə heyəti BMM-də olub - FOTO
Ölkəmizdə səfərdə olan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 14-də Beynəlxalq Muğam Mərkəzində (BMM) olub.
BMM-dən verilən məlumata görə, mərkəzin direktoru, Xalq artisti Murad Hüseynov  qonaqlara Azərbaycanın musiqi mədəniyyəti, muğam sənəti haqqında qısa məlumat verib. Mədəniyyət naziri Anar Kərimovun da iştirak etdiyi görüşdə İSESCO nümayəndələrinin diqqətinə çatdırılıb ki,  Beynəlxalq Muğam Mərkəzi dünyada misli olmayan möhtəşəm bir Mərkəzdir. Bura Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə inşa olunub. 2008-ci ilin 27 dekabrında təntənəli açılış mərasimi baş tutub. Muğam sənəti, bu sənətin əsas alətləri – tar, kamança YUNESKO-nun Ümumdünya irsi siyahısındadır. Bunun özü böyük uğurdur və muğamın təbliğində vacib rol oynayır. Dünyanın elə bir ölkəsi yoxdur ki, muğam ifaçılarımız orada çıxış etməsinlər. Heydər Əliyev Fondu dünyada musiqimizin təbliğatı ilə məşğuldur və böyük tədbirlər keçirir. Belə olduğu təqdirdə, Azərbaycan muğamı dünyada daha çox tanınır. Dünyanın məşhur musiqiçiləri ilə bizim musiqiçilərimiz arasında sıx əlaqə, dostluq münasibətləri yaranır. Beynəlxalq Muğam Mərkəzimizdə irimiqyaslı layihələr, elmi konfranslar, dəyirmi masalar, konsertlər, böyük tədbirlər keçirilir. Daha sonra qonağa BMM-nin foyesində olan ekspozisiyada nümayiş olunan milli musiqi alətləri haqqında məlumat verilib.
Qonaqların şərəfinə  Beynəlxalq Muğam Mərkəzinin solistlərinin konsert proqramı təqdim olunub. Gənc xanəndələr  xalq mahnıları və təsnifləri, eləcə də muğamlarından parçalar səsləndiriblər.
Maddi-mədəni irsimizlə yanaşı, BMM-nin binasının memarlıq üslubu, muzey hissəsində korifey muğam ustadlarının büstləri və milli musiqi alətlərimizlə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.
İSESCO-nun nümayəndə heyəti BMM-də olub - FOTOİSESCO-nun nümayəndə heyəti BMM-də olub - FOTO

Sosial       Tarix: 17 yanvar 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd


azerbaycan xeberleri son xeberler yeni xeberler futbol xeberleri son xeberler bugun 2026 canli son xeberler bu gun en son xeberler