İşğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən şəxslərlə bağlı 35 dövlətə hüquqi tapşırıqlar göndərilib

İşğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən şəxslərlə bağlı 35 dövlətə hüquqi tapşırıqlar göndərilibAzərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan şəxslərə qarşı kəsərli cinayət-hüquqi tədbirlərin tətbiqi Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən daim nəzarətdə saxlanılmaqla davam etdirilir.
Baş Prokurorluqdan Open.az-a verilən məlumata görə, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni hasilat işləri ilə məşğul olan, o cümlədən qızıl və və digər metal filiz yataqlarını istismar edən, eləcə də nərə balığı və qara kürü, elektrik enerjisi istehsalı, qanunsuz saat satışı, bankçılıq fəaliyyəti ilə məşğul olan şirkətlər müəyyən edilərək barələrində məhkəmə qərarı əsasında vergi yoxlamasının keçirilməsi təmin edilib.
Vergi yoxlamalarının nəticələri və məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən ümumilikdə, 6 şirkətin 306 milyon 821 min manat məbləğində külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmin cinayət işləri üzrə axtarışda olan 12 şəxsin tutularaq Azərbaycan Respublikasına ekstradisiyalarına nail olunması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri yerinə yetirilib.
Bundan başqa, bir qrup şəxsin Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 2002-ci ildən etibarən gəlmələrinə, «Azıx mağarası»nda arxeoloji qazıntı işləri apararaq, tarixi, elmi və mədəni dəyəri olan əşyaları talamaları və digər qanunsuz hərəkətlərə yol vermələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq və dövlətlərarası axtarışa elan olunub.
Nəzərə çatdırılır ki, qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan 166 hüquqi şəxslə bağlı 35 dövlətə hüquqi tapşırıqlar göndərilib.
Həmçinin, prokurorluq orqanlarında Dağlıq Qarabağ və ətraf rayonlara qanunsuz səfərlər etmiş şəxslər barədə cinayət işləri istintaq olunur.
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində beynəlxalq hüquq normaları çərçivəsində kəsərli tədbirlərin görülməsi təmin ediləcəkdir.

Hadisə       Tarix: 08 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü

İsveçrədə azərbaycanlı gənc bədbəxt hadisə nəticəsində ölüb. KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bern şəhərində baş verib. 1984-cü il təvəllüdlü Məhəmməd Aslanov hamamda elektrik cərəyanı vurması nəticəsind

Xocalıda icazəsiz at sürənlər cərimələndi

Xocalıda kəndlinin atlarını icazəsiz sürənlər saxlanılıb. -a istinadla xəbər verir ki, hadisə Daşbulaq kəndində qeydə alınıb. Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər sərxoş halda örüş yerində atların otladığını görüblər

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU

Bakıda qadına cinsi zorakılıq edib pulunu ələ keçirən şəxs saxlanılıb. -a istinadən xəbər verir ki, Yasamal rayon sakini G.H. polisə müraciət edərək Araz Ayaz oğlu Babayevin ona qarşı cinsi zorakılıq etdiyini, daha sonr

İki ay faiz ödədi, üçüncü ay qətl törətdi - Siyəzəndə baş verən qətlin detalları

Siyəzən rayonunda sələmə pul verən qadın qətlə yetirilib. oxuaz-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında rayonun Böyük Həmyə kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyev

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az xəbər.az sonxabar az xeber.az son xeberler