İşğal PLANINI ilahiləşdirmək HİYLƏSİ - VİDEO
Rusiya Ukraynadakı işğalçılıq aktlarına hər cür haqq qazandırmağa, don geyindirməyə çalışır. Gah rusların səlib yürüşünü başlatdığı, gah Qərblə tək mübarizə apardığı "ivanuşka" nağılları uydurur.
KONKRET.az xəbər verir ki, ruslar bu dəfə Donbasdakı qondarma rejimin keçmiş üzvü olan İqor Strelkovun 2018-ci il müsahibəsini "peyğəmbərlik" kimi gündəmə çevirib. Çünki həmin intervüdə Strelkov 6 aydan sonra savaşın başlayacağını qeyd edib.
Rusların buna falçılıq yox, peyğəmbərlik deməsinin səbəbi isə odur ki, guya məlumatı Strelkova rus kahinlər çatdırıblar:
"6 aydan sonra Kiyevin zəbti ilə Ukrayna, Rusiya və Belarusun birləşdirilməsi başlayacaq".
Ona qalsa, Putin dünənki çıxışında nüvə hücumlarına eyham vurub:
"Ukraynadakı bəzi nöqtələrə dəqiq raket zərbəsi endirməyin vaxtı çatıb. Biz özümüz həmin hədəfləri vurmurduq, amma artıq ukraynalılardan əhali və Krım körpüsünün qisasını almaq lazımdır".
Bəli, rusların səsləndirdiyi yalanlar lətifə kimi gülməliləşib. Bəzi nöqtələrin hədəf alınması Qərbə yönəlmiş xəbərdarlıq, əslində yalvarışdır ki, Rusiya taqətdən düşüb, savaşı dayandırın. Bunun üçün danışıqlara başlamaq lazımdır. Amerikanın dünənki bəyanatında isə Zelenskinin hələ Putin hökuməti ilə danışıqlara hazır olmadığı yer alıb.
Natiq Səlim,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü