İşğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivlik ABDF-in maliyyə mexanizmləri ilə dəstəklənir

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivlik ABDF-in maliyyə mexanizmləri ilə dəstəklənirİşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın bərpası və davamlı inkişafın təmin edilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABDF) əsas prioritetlərindən biri kimi müəyyən edilib.
azxeber.com xəbər verir ki, fond bu ərazilərdə iqtisadi fəallığın artırılması, yeni biznes subyektlərinin formalaşması və mövcud təşəbbüslərin genişləndirilməsi üçün üç əsas maliyyə mexanizmi – birbaşa investisiya, zəmanət və subsidiya, eləcə də güzəştli kreditlər vasitəsilə kompleks dəstək göstərir. Bu mexanizmlər regionda həm real sektorun inkişafına, həm də məşğulluğun artırılmasına töhfə verməyə hədəflənib.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən investisiya layihələri regionun iqtisadi potensialının reallaşdırılması, sənaye və enerji infrastrukturunun formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Həyata keçirilən layihələr yerli istehsalı və ixrac imkanlarını genişləndirməklə yanaşı, yeni iş yerlərinin yaradılması və dayanıqlı iqtisadi mühitin formalaşmasına birbaşa xidmət edir.
Kəlbəcər-Laçın Su Elektrik Stansiyaları
ABDF və Türkiyənin "Demirören Yatırım Holding A.Ş." Şirkətlər Qrupu arasında bağlanmış Birgə İştirak Müqaviləsinə əsasən Kəlbəcər və Laçın rayonlarında dövlət-özəl tərəfdaşlığı prinsipi ilə 4 kiçik su elektrik stansiyasının bərpası və istismarı nəzərdə tutulur. İldə təxminən 7000 ev təsərrüfatının fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi planlaşdırılır. Layihənin ümumi dəyəri 27,5 milyon ABŞ dolları təşkil edir.
"Şəfəq" Günəş Elektrik Stansiyası 
İşğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş enerjisi layihəsi və ən böyük xarici investisiya təşəbbüsü olan "Şəfəq" Günəş Elektrik Stansiyası da ABDF-in  dəstəyi ilə icra olunan layihələrdən biridir. "Şəfəq" Günəş Elektrik Stansiyası vasitəsilə Cəbrayıl rayonunun elektrik şəbəkəsinə enerji ötürülməsi,  eyni zamanda Səngəçal terminalının enerji ehtiyaclarını bərpa olunan enerji hesabına təmin edilməsi nəzərdə tutulub. Ümumi dəyəri 204 milyon ABŞ dolları olan bu layihənin əsas hədəfi Azərbaycanın yaşıl enerji sektorunu inkişaf etdirmək və ekoloji davamlılığı artırmaqdır. 
"Bafco Invest" MMC 
Fond bu ərazilərdə sənaye istehsalı istiqamətində fəaliyyət göstərən irimiqyaslı layihələrdə də iştirak edərək iqtisadi aktivliyin bərpasına dəstək olur. Ağdam Sənaye Parkında fəaliyyət göstərən "Bafco Invest" MMC zavodunun işçi ayaqqabıları istehsalı layihəsi bu iştirakın nümunəvi nəticəsidir. Müasir keyfiyyət standartlarına cavab verən istehsal prosesinə əsaslanan layihənin ümumi dəyəri 15,1 milyon manatdır.
"Şahbulag Mining" MMC 
"Şahbulag Mining" MMC tərəfindən Ağdam rayonunun Şahbulaq əhəngdaşı yatağının istismarı və Xocalı şəhərində sement istehsalı layihəsi icra olunmaqdadır. Layihə çərçivəsində mişar daşı və sement istehsalı həyata keçirilir ki, bu da Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti və bərpa işlərinə birbaşa töhfə verir. Layihənin ümumi dəyəri 5,17 milyon manat təşkil edir
Zəmanət və subsidiya dəstəyi ilə yaradılan real imkanlar
ABDF tərəfindən tətbiq edilən zəmanət və subsidiya mexanizmi sahibkarların maliyyə resurslarına çıxışını daha da asanlaşdırır və kredit risklərini minimuma endirir. Mexanizmə əsasən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Eyni zamanda, kreditlər üzrə illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər olan müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditlər üçün əlavə güzəşt müddəti tətbiq olunur.
Hazırda Fond tərəfindən sahibkarların 52 layihəsi üzrə banklardan əldə etdiyi 66,8 milyon manat kreditə 56,5 milyon manat həcmində dövlət zəmanəti verilib. Eyni zamanda, bu layihələr üzrə 17,3 milyon manat məbləğində subsidiya təsdiqlənib. 
Güzəştli kreditlərlə dəstəklənən yerli bizneslər
Fond tərəfindən sahibkarlığın dəstəklənməsinə yönəlmiş güzəştli kredit mexanizmi işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən biznes subyektlərinin daha əlverişli şərtlərlə maliyyə resurslarına çıxışını təmin edir. Bu kreditlər aşağı faiz dərəcələri, uzunmüddətli qaytarılma qrafiki və güzəşt müddətləri ilə seçilərək sahibkarların maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldır və bizneslərin davamlı inkişafını stimullaşdırır.
İndiyədək azad edilmiş ərazilərimizdə ümumilikdə 28 layihə üzrə sahibkarlara 45,8 milyon manat həcmində güzəştli kredit təqdim edilib.
ABDF tərəfindən təqdim olunan maliyyə mexanizmləri işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına və regionun dayanıqlı inkişafına mühüm töhfə verməklə yanaşı, sahibkarlığın genişlənməsi üçün uzunmüddətli maliyyə əlçatanlığının formalaşdırılmasına xidmət edir. Bu yanaşma həm biznes təşəbbüslərinin reallaşdırılmasını sürətləndirir, həm də regionun iqtisadi potensialının daha səmərəli şəkildə səfərbər olunmasına şərait yaradır.

İqtisadiyyat       Tarix: 01 may 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun son.xeberler cəbhədən ən son xəbərlər bugünki xəbərlər