İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır

İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradırAzərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlər  5 iyun 1992-ci ildən qurulmuşdur. 1999-cu ildə Bolqarıstan Respublikasının Azərbaycanda, 2004-cü ildə isə Azərbaycan Respublikanın Bolqarıstanda səfirliyi işə başlamışdır. 30 il ərzində hər iki ölkə başçıları, parlament rəhbərləri və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri olmuşdur, qarşılıqlı əlaqələr uğurla inkişaf etdirilmişdir. 
1995-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir. Bolqarıstan Respublikasının Prezidenti Pyotr Stoyanov isə həmin ilin sonlarında Azərbaycana səfər etmişdir.
Sonralar bu iki ölkə arasında möhkəm dostluq, strateji əməkdaşlıq davam etdirilmişdir. Belə ki, Azərbasycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2005-ci ilin sentyabr ayının 23-də Bolqarıstana  ilk dəfə rəsmi səfər etmişdir.  2015-ci ilin mart ayında Azərbaycan Prezidentinin yenidən Bolqarıstana rəsmi səfər etməsi  hər iki dövlət  üçün böyük rol oynamışdır. Hər iki respublikanın  prezidentlərinin qarşılıqlı rəsmi səfərləri, mühüm sənədlərə imza atmaları, Azərbaycan və Bolqarıstan arasındakı strateji,  kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları, energetika, mədəniyyət və humanitar sahələrdə  əməkdaşlığı daha da inkişaf etdirilmişdir.
2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında strateji təfəfdaşlıq haqqında birgə Bəyannamə imzalanmışdır. Bu bəyyannamə respublikalar arasında əlaqələri yüksək səviyyəyə qaldırmışdır, eyni zamanda bəyannamədə qeyd edilmiş bütün məsələlər uğurla yerinə yetirilmişdir.
Bu gün Bolqarıstan və Azərbaycan iki dost və starteji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər, siyasi, diplomatik  əlaqələr durmadan inkişaf edir.
Azərbaycan Bolqarıstana qaz ixrac edir və bu gün Azərbaycan qazının həmin ölkəyə ixracat həcminin artırılması nəzərdə tutulub. Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı Memoranduma əsasən Azərbaycan Avropaya qaz ixracatını bir neçə il ərzində 2 dəfə artırılması qarşıda duran prioritet məsələlərdəndir.
Azərbaycan özünün 2.6 trilyon qaz ehtiyatları ilə bir çox ölkələri qazla təmin etmək iqtidarındadır. Bu sahədə respublikamız böyük uğurlar əldə edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "SOKAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb. Enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı, faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsinə SOKAR-ın imkanlarından istifadə olunacaqdır.
Yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyinin təmin olunması da önəmli məsələdir".
Azərbaycanda tranzit yüklərin həcminin artırılması məqsədilə  dəmir  yolları, avtomobil yolları, Yeni Beynəlxalq Dəniz  Ticarət Limanı və bir sıra bu kimi nəqliyyat  infrastrukturu yaradılmışdır.
Tranzin yüklərin həcmi artıq 50 faizə qədər artırılmışdır. Bu rəqəmin tədricən daha da artırılması mümkün olacaq. Odur ki, Azərbaycan və Bolqarıstan inşaatçıları bir araya gələrək birgə əməkdaşlıq edəcəkləri labüddür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Yeni əməkdaşlıq imkanları araşdırılacaq. İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur.
Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqlar.
İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır".
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 06 oktyabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri haqqinda melumat apa.az xeberler xeber.az bu gun xeberler azerbaycan