İslam dünyası ciddi sınaq qarşısında: Ya parçalanacaq, ya da

İslam dünyası ciddi sınaq qarşısında: Ya parçalanacaq, ya daMüasir geosiyasi gərginliklər, Yaxın Şərqdə davam edən münaqişələr və xarici güclərin regiona artan təsiri fonunda İslam dünyasında parçalanma ehtimalı vaxtaşırı gündəmə gəlir.
Bəs mövcud proseslər İslam ölkələri arasında dərin ayrılıqları daha da gücləndirə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda qlobal proseslər olduqca gərgin və ziddiyyətli xarakter daşıyır və bu proseslər tədricən İslam dünyasına da təsir göstərməyə başlayıb.
İslam dünyası ciddi sınaq qarşısında: Ya parçalanacaq, ya daPolitoloqun sözlərinə görə, xüsusilə Yaxın Şərqdə davam edən müharibə bütövlükdə İslam dünyası üçün ciddi sınaq meydanına çevrilib. Bununla belə, o, hesab edir ki, İslam dünyasının yenidən parçalanması ehtimalından danışmaq doğru deyil:
"İslam dünyasında parçalanma ehtimalı hələlik mövcud deyil. Çünki İslam dünyasında birlik olmadığı üçün parçalanma ehtimalı da demək olar ki, yoxdur. İslam dünyası artıq parçalanmış vəziyyətdədir. Əksər dövlətlər fərqli istiqamətlər üzrə fəaliyyət göstərir. Bəzi ərəb ölkələri ABŞ-la yaxın münasibətlər fonunda Ağ Evlə ortaq hərəkət edir, digər dövlətlərin isə maraqları tamamilə fərqli məzmun daşıyır".
Elçin Xalidbəyli qeyd edib ki, İslam dövlətləri arasında ortaq məxrəcə gəlmək onilliklərdir ciddi çətinliklər yaradır və bu problem aktuallığını qorumaqda davam edir.
"Hazırkı qlobal proseslər İslam dünyası üçün mühüm mesaj xarakteri daşıyır və artıq vahid mövqedən çıxış etməyin vaxtı çatıb. Bu savaş hər bir İslam dövləti üçün sarsıdıcı zərbələr vurur. Bu baxımdan, Yaxın Şərq savaşı və onun ətrafında cərəyan edən proseslər, eyni zamanda Hörmüz boğazı ətrafındakı gərgin situasiya ortaq mövqe formalaşdırmaq üçün önəmli səbəb rolunu oynaya bilər".
Bununla belə, politoloq bu istiqamətdə konkret addımların atılıb-atılmayacağı ilə bağlı ciddi şübhələrin qaldığını da istisna etməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 21 aprel 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər azərbaycanda son xabarlar cəbhədən son xeber cəbhədən ən son xəbər