İslamabad razılaşmasının bəzi detalları açıqlandı
ABŞ ilə İran arasında İslamabad razılaşmasının bəzi detalları açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Razılaşmanın 13-cü bəndi bununla bağlıdır ki, memorandumun bəzi digər bəndləri icra olunmayana qədər yekun sənəd, yəni nüvə məsələsi ilə bağlı danışıqlar aparılmayacaq", – məlumatda bildirilib və əlavə olunub ki, danışıqların son gününə qədər 13-cü bənd 4, 5, 10 və 11-ci bəndləri əhatə edirdi.
Qeyd edilib ki, 4-cü bənd dəniz mühasirəsinin ləğvinə, 5-ci bənd Hörmüz boğazının yenidən açılmasına, 10-cu bənd İranın neft, neft-kimya məhsulları və onların törəmələrinin satışına sanksiyaların ləğvinə, 11-ci bənd İranın dondurulmuş aktivlərinin azad edilməsinə aiddir:
"Danışıqların son günündə baş verən mühüm hadisə o oldu ki, İranın səyləri nəticəsində 1-ci bənd də 13-cü bəndə əlavə edilib. Əgər İranda və ya müqavimət cəbhəsində, o cümlədən Livanda hər hansı hərbi əməliyyat baş verərsə, yekun razılaşma üçün heç bir danışıq aparılmayacaq və təbii olaraq razılaşmanın icrası (o cümlədən Hörmüz boğazının açılması) 13-cü maddəyə əsasən dayandırılacaq"./Report
Xidmetler [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK