İspaniya 'Avroviziya' qaydalarını dəyişmək istəyir
İspaniyanın dövlət teleradio şirkəti RTVE gələcəkdə münaqişə vəziyyətində olan ölkələrin "Avroviziya"da iştirakını qadağan etmək üçün müsabiqənin qaydalarının dəyişdirilməsini təklif etməyi planlaşdırır.
azxeber.com xəbər verir ki, RTVE Avropa Yayım Birliyinə (AYB) müraciət edərək müsabiqənin nizamnaməsinə dəyişiklik edilməsini istəyəcək. Bu barədə RTVE-nin prezidenti Xose Pablo Lopes açıqlama verib.
Onun sözlərinə görə, bu müraciətdə məqsəd "Avroviziya"nın siyasi və təbliğat alətinə çevrilməsinin qarşısını almaqdır. Lopes buna nümunə kimi İsrailin iştirakı ətrafında yaranmış vəziyyəti göstərib. O bildirib ki, qaydaların dəyişdirilməsi ilə bağlı təkliflər "Avroviziya 2027" ərəfəsində təqdim olunacaq.
"Bu müzakirəni birdəfəlik və ciddi şəkildə açmalıyıq ki, münaqişə vəziyyətində olan ölkələr növbəti "Avroviziya"da iştirak edə bilməsinlər" deyə, o, açıqlamasında bildirib.
Xatırladaq ki, İspaniya "Avroviziya 2026" müsabiqəsində iştirak etməyəcək. Həmçinin İrlandiya, Niderland, İslandiya və Sloveniya da müsabiqədə iştirak etməyəcəklərini açıqlayıblar.
Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya təmsilçisi "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni "Wasted love" mahnısı ilə birinci olub. "Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.
Axşam.az

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək