İspaniyada enerjiyə qənaət ediləcək
İspaniyada enerjiyə qənaət planı qüvvəyə minib.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, enerjiyə qənaət planı çərçivəsində ictimai binalarda, mağaza və ticarət mərkəzlərində axşam saat 22-dən sonra işıqlar söndürüləcək.
Həmçinin ictimai binalarda, ticarət mərkəzlərində, hava limanı, qatar və avtovağzal kimi nəqliyyat infrastrukturlarında, mədəniyyət sahələrində, otellərdə kondisionerlərin istifadəsi yay mövsümündə 27 dərəcə ilə məhdudlaşdırılıb.
Yeni qaydalara əməl etməyənlər 60 min avro, çox ciddi pozuntulara yol verənlər isə 100 min avroya qədər cərimələnəcək.
Planın 2023-cü il noyabrın 1-dək həyata keçirilməsi nəzərdə tutulur.
Hökumət rəsmiləri kondisionerlərin soyutma və ya isitmədə cəmi 1 dərəcə azaldılması ilə adambaşına 7 faiz enerji qənaəti olacağını bildiriblər.
Qeyd edək ki, xəstəxanalar, məktəblər, idman zalları, bərbərlər, camaşırxanalar və mədəniyyət abidələrinin işıqlandırılması yeni qadağalardan azad edilib.
İqbal Rzayev,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?