"İsrail Hayom": "İsrail çətin anlarda Azərbaycana dəstək olmalıdır

"İsrail Hayom": "İsrail çətin anlarda Azərbaycana dəstək olmalıdır"İsrail Hayom": "İsrail çətin anlarda Azərbaycana dəstək olmalıdır"
Güclü Azərbaycan İsrailin maraqlarına cavab verir, cünki bu ölkə İsrail üçün müttəfiq olmaqdan daha artıqdır.
Bu barədə İsrailin "Safadi" Beynəlxalq Diplomatiya, İnformasiya, Tədqiqat və İnsan Haqları Mərkəzinin siyasi təhlilçisi, "Qadınlar və cihad: Amerika, İsrail və ərəb mediasında fələstinli terrorçular" kitabının müəllifi Reyçel Avraamın "Israel Hayom" qəzetində dərc edilən məqaləsində yazılıb.
Məqalədə Ermənistan Silahlı Qüvvələrinin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində həyata keçirdiyi hərbi təxribata diqqət yönəldilir.
"Koronavirus pandemiyası dövrünə baxmayaraq, erməni diasporu tərəfindən Azərbaycana qarşı kütləvi aksiyalar təşkil edildi. İndi isə "Azadlıq Radiosu" ("Radio Free Europe") məlumat verir ki, Ermənistan hücumların təşkil edilməsində Azərbaycan Respublikasını günahlandırıb.  Bir müddət sonra bu ittihamlar Azərbaycan hökuməti tərəfindən rədd edildi.
Bütün bu hadisələrin fonunda, əminəm ki, İsrailin Azərbaycana dəstək verməyə davam etməsi son dərəcə vacibdir, çünki bu ölkə müsəlman dünyasında bizim azsaylı müttəfiqlərimizdən biridir.
Ondan başlayaq ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. 1991-ci ildən bəri Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozaraq, Dağlıq Qarabağı işğal altında saxlayır. Bu əraziləri ələ keçirən Ermənistan ordusu Xocalıda 613 azərbaycanlı mülki vətəndaşı vəhşicəsinə qətlə yetirib. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalaraq, məcburi köçkün oldu və hazırda Azərbaycan ərazisinin beşdə biri işğal altındadır", - R.Avraam məqaləsində yazır.
Yazının müəllifi bir müddət əvvəl ravvin Zamir İsayevin çıxışında söylədiyi cümlələri xatırladır. Sitat: "12 iyul tarixindən başlayaraq Ermənistan ordusu Azərbaycan sərhədləri boyunca təcavüzkar əməliyyatlar keçirməyə başlayıb. Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan kəndlərində yerləşən binaları bombalayaraq dağıdıb. 12 Azərbaycan hərbçisi həlak olub, bir neçə nəfər yaralanıb. Bir mülki şəxs öldürülüb. Ermənilər bu əməliyyatlarda qarşı tərəfə xeyli ziyan vurublar. Azərbaycan ordusu Ermənistanın bu ərazilərdə təcavüzə başlayacağını güman etməyib. Orada heç bir münaqişə olmayıb".
Üstəlik Demokratiyaların Müdafiə Fondunun Enerji məsələləri üzrə baş məsləhətçisi Brenda Şaffer "The Jerusalem Post" qəzetinə verdiyi müsahibədə təsdiq edib ki, sərhəddəki toqquşmalar Azərbaycan tərəfindən başlanılmayıb, çünki hərbi toqquşmalar Azərbaycan neftinin Avropaya nəql ediləcəyi marşrutun yaxınlığında baş verib.
"Öz növbəsində, Azərbaycanın Yəhudi İcması da Azərbaycan dövlətini dəstəkləyir. Ravvin Z.İsayevin sözlərinə görə, azərbaycanlılar bütün dünyada yəhudi xalqına çox müsbət münasibət bəsləyirlər. Onlar (azərbaycanlıları nəzərdə tutur) həmişə yəhudiləri dəstəkləyirlər. Yəhudi xalqı yüzillər boyu Azərbaycanda dinc şəkildə yaşayıb. Bu ölkədə antisemitizm olmayıb. İsrail Azərbaycan üçün xüsusilə vacib ölkədir. Azərbaycan İsrailin hər zaman ona dəstək verməyə hazır olduğunu bilir".
Qeyd etmək lazımdır ki, Azərbaycan tək ticarət sahəsində deyil, eyni zamanda İsrailin regional səviyyədə də müttəfiqidir.
Güclü Azərbaycan özünü Ermənistanın təcavüzündən müdafiə etmək qabiliyyətindədir, İsrail hökuməti isə bu kritik anda Azərbaycana kömək etmək üçün əlindən gələni etməlidir", - məqalədə bildirilir. /oxu.az

Siyasi       Tarix: 24 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər son xeberler bu gun krimnal bugun ən son xəbər