İsrail İran generallarını necə MƏHV EDİR? - SENSASİON FAKTLAR

İsrail İran generallarını necə MƏHV EDİR? - SENSASİON FAKTLARYaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İran daxilində yüksək vəzifəli şəxslərin ard-arda hədəfə alınması diqqət mərkəzinə çevrilib. Baş verənlər regionda kəşfiyyat savaşının hansı səviyyəyə çatdığını və təhlükəsizlik sistemlərinin nə dərəcədə effektiv olduğunu yenidən müzakirə mövzusuna çevirir.
Bəs İranın yüksək rütbəli şəxsləri niyə bu qədər asanlıqla hədəfə çevrilir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, İran uzun illərdir İsrail və ABŞ ilə siyasi qarşıdurma vəziyyətindədir və bu mübarizənin mühüm hissəsini kəşfiyyat savaşı təşkil edir.
İsrail İran generallarını necə MƏHV EDİR? - SENSASİON FAKTLAROnun sözlərinə görə, illərdir davam edən bu
"soyuq savaş" fonunda İran kəşfiyyat mübarizəsində rəqiblərinə uduzmuş kimi görünür.
"Məlum olur ki, İsrail və ABŞ-ın İran daxilində geniş casus şəbəkəsi mövcuddur. Bu şəbəkə hərbi qarşıdurmalar zamanı daha da aktivləşərək ölkənin dini, siyasi və hərbi rəhbərliyinə qarşı dəqiq zərbələrin endirilməsində istifadə olunur", – deyə o, qeyd edib.
Tural Abbaslı vurğulayıb ki, bu cür əməliyyatların həyata keçirilməsi həmin şəbəkənin nə qədər geniş və dərin olduğunu göstərir.
Onun fikrincə, İranın ali vəzifəli şəxslərinin belə hədəfə alınması kəşfiyyat sahəsində ciddi boşluqların mövcudluğuna işarədir.
Bununla yanaşı, siyasətçi hesab edir ki, bu cür sui-qəsdlər uzunmüddətli perspektivdə proseslərə mənfi təsir göstərə bilər.
"Dövlət strukturu elə qurulub ki, bir liderin aradan götürülməsi sistemin fəaliyyətini dayandırmır – onun yerinə digəri gəlir. Lakin zamanla daha təcrübəli və nüfuzlu şəxslərin azalması həm region, həm də bu prosesdə iştirak edən tərəflər üçün əlavə çətinliklər yarada bilər", – deyə o, bildirib.
O, həmçinin qeyd edib ki, beynəlxalq təcrübədə müharibə dövründə siyasi rəhbərliyin hədəf alınmaması kimi yanaşmalar mövcud olsa da, hazırkı qarşıdurmalarda bu qaydaların tez-tez pozulduğu müşahidə olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 22 mart 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeber en son xeberler bu gun en son xəbərlər bugün havanın temperaturu