İsrail ordusu çökə bilər — Baş Qərargah rəisindən ŞOK açıqlama

İsrail ordusu çökə bilər — Baş Qərargah rəisindən ŞOK açıqlamaİsrailin Baş Qərargah rəisi Eyal Zamir ordunun ciddi kadr böhranı ilə üzləşdiyini bildirib. O qeyd edib ki, "çıxış yolu tapılmasa, ordu dağılma təhlükəsi ilə qarşı-qarşıya qala bilər".
Bu açıqlamanın beynəlxalq dəstək qazanmaq məqsədilə şişirdilmiş mesaj olub-olmaması sual doğurur.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, ABŞ-ı İrana qarşı müharibəyə təşviq edən əsas tərəfin İsrail olduğu məlumdur. Lakin onun sözlərinə görə, tərəflərin bu münaqişədə maraqları fərqlidir.
İsrail ordusu çökə bilər — Baş Qərargah rəisindən ŞOK açıqlamaPolitoloq qeyd edib ki, ABŞ İranın enerji resurslarına nəzarət etməklə qlobal bazarda qiymətlərə təsir imkanlarını genişləndirmək istəyir. İsrail isə daha çox İranın hərbi potensialını zəiflətməyə və siyasi rejimin dəyişməsinə nail olaraq regionda öz təhlükəsizliyini təmin etməyə çalışır. İranın nüvə silahı əldə etmək ehtimalı İsrail üçün əsas təhlükə kimi qiymətləndirilir. Eyni zamanda, İran rejiminin dəyişdirilməsi Vaşinqtonun da strateji planlarına daxildir. Çünki bu rejim regionda ABŞ-ın geosiyasi maraqlarına qarşı çıxan əsas qüvvə hesab olunur.
Elşən Manafov vurğulayıb ki, ABŞ-İran qarşıdurmasının qısa müddətdə, əsasən hava zərbələri ilə həll olunacağına dair gözləntilər özünü doğrultmayıb. Bundan əlavə, İsrailin "Dəmir qübbə" hava hücumundan müdafiə sisteminə olan güvən də İranın genişmiqyaslı hücumları fonunda zəifləyib. Bu isə ölkə daxilində narahatlığın artmasına səbəb olub. Hazırda İsraildə əhali arasında Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətə qarşı narazılıq müşahidə olunur.
Politoloq əlavə edib ki, ABŞ-ın daha genişmiqyaslı müharibəyə qoşulması münaqişənin uzanmasına, maliyyə xərclərinin artmasına və sosial narazılığın güclənməsinə gətirib çıxara bilər. Onun sözlərinə görə, münaqişənin ilk mərhələsində İranın siyasi və hərbi rəhbərliyinə qarşı həyata keçirilən hədəfli hücumlar da gözlənilən nəticəni verməyib. Əhalinin hökumətə qarşı kütləvi etirazları və etnik qarşıdurmalar proqnozlaşdırıldığı kimi baş verməyib.
Manafov hesab edir ki, ABŞ-da Donald Tramp administrasiyası daha əlverişli şərait yarandıqdan sonra bu məsələyə yenidən qayıtmağa çalışa bilər. Lakin müharibənin davamı həm maliyyə yükünü artırır, həm də ABŞ-ın dövlət borcu artıq 38 trilyon dolları ötüb. İranın müqaviməti, Hörmüz boğazı ətrafında yaranan risklər, eləcə də Çin və Rusiyanın Tehrana dəstəyi Vaşinqton üçün əlavə təzyiq faktorları yaradır. Bu isə ikinci "Vyetnam sindromu" ehtimalını gücləndirir.
Sonda politoloq bildirib ki, İsrail ərazi və əhali baxımından İranla müqayisədə xeyli kiçikdir. Əgər gözlənilən nəticələr əldə olunmayıbsa, Təl-Əviv mövcud vəziyyətdə əldə olunanlarla kifayətlənməli olacaq. Onun fikrincə, növbəti seçkilərdə İsrail seçiciləri müharibə tərəfdarı olan siyasi qüvvələrə etimad göstərməyə bilər. ABŞ-da da oxşar tendensiya mümkündür. Trampın mümkün qələbə bəyanatları isə amerikalı seçicilər tərəfindən "Pirrə qələbəsi" kimi qiymətləndirilə bilər.
Dəniz Pənahova
KONKRET.az

Siyasi       Tarix: 29 mart 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun sonxəbərlər en son xeberler bu gun krminal bu gun