İsrail ordusuna qatılan aktyor Qəzzada ağır yaralandı
İsrail ordusuna qatılan "Fauda" serialının aktyoru İdan Amedi Qəzzada baş verən qarşıdurmalarda ağır yaralanıb.
azxeber.com xəbər verir ki, Netflix-in İsrail və Fələstin arasında yaşanan gərginlikdən bəhs edən "Fauda" serialında rol alan aktyor ağır yaralanıb və müalicə üçün xəstəxanaya aparılıb.
Paylaşdığı videoda İdan Amedi "WhatsApp-ımı açdım və çoxlu mesajlar gördüm. Hamınıza bildirirəm ki, yaxşıyıq. Şənbə günündən bəri burada çox yata bilmirəm, amma əhval-ruhiyyəmiz yüksəkdir və niyə burada olduğumuzu hər an anlayırıq. Ailələrimizi və uşaqlarımızı qorumaq üçün. Çünki bura səhnə yox, gerçək həyatdır" deyə bildirib.
Aysel