İsrail səfiri BMT-də Holokostla bağlı dəstəyə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ
"İsrail yanvarın 20-də BMT-nin Baş Assambleyasında qəbul olunmuş Holokostun inkarı ilə bağlı qətnaməni dəstəklədiyinə görə Azərbaycana minnətdardır".
KONKRET.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik ADA Universitetində Holokost Qurbanlarının Anım Günü və antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə ilə əlaqədar keçirilən tədbirdə bildirib.
O, bu qətnaməni qəbul etməyən yeganə ölkənin İran olduğunu deyib.
Səfirin sözlərinə görə, uşaq olarkən bütün ailəsi Holokost zamanı qətlə yetirilmiş bir şəxslə görüşüb: "Həmişə bu insanların baş verən hadisələrdən sonra necə yaşadıqları barədə düşünmüşəm. Sağ qalmış insanların çoxu indi həyatda olmasalar da, onların tarixçəsi daim yaşayacaq".
Diplomat vurğulayıb ki, bu gün həm də Holokostla mübarizə aparmış bütün şəxslərə, o cümlədən azərbaycanlılara həsr olunur.
Xatırladaq ki, BMT Baş Assambleyasının 2005-ci il 1 noyabr tarixli qətnaməsinə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Anım Günü kimi qeyd olunur.
Turlar.az [newsid: 0-123300]

Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var
Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA
Bərdədə VAZ eşşək arabası ilə toqquşdu: Ölən var
Naxçıvanda maşın aşdı: ölən var
Azərbaycan nefti bahalaşdı
Meloni İlham Əliyevə təşəkkür etdi