İsrail səfirinin müavini: "Azərbaycana dəstək göstərməkdən məmnunuq

İsrail səfirinin müavini: "Azərbaycana dəstək göstərməkdən məmnunuqİsrail səfirinin müavini: "Azərbaycana dəstək göstərməkdən məmnunuq"
"Quba Azərbaycanın tolerant xarakterinin digər bir nümunəsidir. Bu, faktdır. Bu gün biz bu tolerantlığı birgə qeyd edirik. Azərbaycana gəldiyimdən bəri Qubaya səfərimi planlaşdırırdım. Aylar öncədən bu səfərin hər bir detalı planlaşdırılıb, burda olmağımdan necə xoşbəxt olduğumu sözlərlə ifadə edə bilmirəm".
APA-nın xəbərinə görə, bunu Qubada səfərdə olan İsrailin Azərbaycandakı səfirinin müavini Doron Peer deyib.
O bildirib ki, bu gün Dövlət Turizm Agentliyi və İsrailin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi məqsədilə Quba rayonunun Qırmızı qəsəbəsində yeni turizm məlumat nişanları hazırlanaraq quraşdırılıb. 
Səfirin müavini qeyd edib ki, səfəri çərçivəsində Qubada yəhudi icmasının üzvləri ilə görüşəcək.
"Biz yerli tur bələdçilərini lazımi ləvazimatla təmin edəcəyik, onların inkişafı üçün, həmçinin pandemiyanın yaratdığı çətinliklərin öhdəsindən gəlməsi üçün sahibkarlara dəstəklə bağlı layihələr reallaşdıracağıq. Biz burada kiçik və orta sahibkarlığın dirçəlib güclənməsi üçün birlikdə çalışacağıq. Biz vəziyyəti qiymətləndirəcəyik, həm Qubada, həm də bütünlükdə Azərbaycanda turizmin bərpası üçün işlər görəcəyik.
İsrail həqiqətən də Azərbaycanın irsini dəstəklədiyi üçün fəxr edir. Bu yalnız yəhudi icması ilə bağlı deyil, müxtəlif layihələrlə Azərbaycana dəstək göstərməkdən məmnunuq. Hazırda İsrail hökuməti və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılır. Qarşıdakı həftədə iki ölkənin hökumət təmsilçiləri arasında yüksək səviyyəli görüş keçiriləcək və bu görüşdə müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bu görüşdə yaxın gələcəkdə nələrin ediləcəyi müzakirə olunacaq. İsrail və Azərbaycan arasında bu bağlılıq, isti əlaqələr xalqlarımız arasındakı yaxın münasibətlərin, sevginin və ortaq dəyərlərin əsasında qurulub", - deyə D. Peer vurğulayıb. /oxu.az

Siyasi       Tarix: 21 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeberler cebheden xeberler xeberler bugun 2026 dunya xeberleri