İsrail-Türkiyə münasibətlərində yeni dönəm: Bakı hansı rolu oynayacaq?
Bakıda İsrail və Suriya nümayəndələrinin görüşü baş tutacaq. Maraqlıdır, bu görüşü İsrail-Suriya münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirmək olarmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu görüş mühüm əhəmiyyət daşıyır və yeni mərhələnin başlanğıcı hesab oluna bilər.
Onun sözlərinə görə, Bakı artıq dünyanın əsas diplomatik mərkəzlərindən birinə çevrilib:
"Dövlətlər arasında baş verən qarşıdurmaların həlli üçün görüş məkanı seçiləndə ilk yada düşən şəhərlərdən biri Bakıdır. Zamanında Rusiya və NATO generallarının, eləcə də ABŞ hərbi nümayəndələrinin paytaxtımızda görüşlərinin şahidi olmuşuq. Hətta Rusiya-Ukrayna münaqişəsinin həlli üçün də Bakı İstanbul ilə yanaşı danışıqlar platforması kimi göstərilirdi. Bu, sevindirici haldır ki, Azərbaycan paytaxtına belə diqqət var".
C.Abbaslının fikrincə, görüş həm də regiondakı proseslərin fonunda xüsusi məna daşıyır:
"Əslində, Suriya üzərindən Türkiyə-İsrail münasibətləri konteksti nəzərə alınmalıdır. Son illərdə Qəzzada baş verən hadisələr dünyanın diqqət mərkəzindədir. Bu faciənin qarşısının alınması üçün atılan addımlardan biri də məhz Bakıda keçiriləcək görüşdür".
Siyasi şərhçi hesab edir ki, bu dialoq İsrail-Suriya münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər.
Aynurə İsmayıl
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib