İsrail və HƏMAS arasında sülhün AÇARI: Bu şərtlərə əməl edilsə, onilliklərin müharibəsi sona çatacaq
İsrail və HƏMAS uzun illərdir ki, müharibə aparır. Lakin nə qalib müəyyənləşib, nə də sülh əldə olunub. Əksinə, hər ötən gün Qəzzada vəziyyət daha da gərginləşir. Bəs görəsən, HƏMAS və İsrail arasında daimi sülh üçün hansı şərtlər olmalıdır? Ümumiyyətlə, tərəflər arasında daimi sülh mümkündürmü?
Mövzunu KONKRET.az-a Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov şərh edib:
"İsrail və HƏMAS arasında indiki məqamda hansısa sülhdən danışmaq çətindir. Çünki tərəflər arasında uçurum çox genişdir. Hazırda biz atəşkəsdən və uzunmüddətli sakitlikdən söz edə bilərik. Məhz bundan sonra hansısa sülhün imzalanması mümkündür. Məlumdur ki, HƏMAS İsraili dövlət kimi qəbul etmir. Bu da sülhün qarşısını alan əsas səbəbdir. Üstəlik, İsrail də HƏMAS-ı terror təşkilatı kimi tanıyır. Bu fakt onların danışıqlar masasına əyləşməsini əngəlləyir. Odur ki, tərəflər öz ideoloji yanaşmalarından əl çəkməlidir. Beynəlxalq ictimaiyyət isə bu məsələnin həlli üçün daha aktiv fəaliyyət göstərməlidir. Bütün bu məsələlərin həllinə isə vaxt lazımdır. Eyni zamanda beynəlxalq siyasi dəyişikliklər baş verməlidir və HƏMAS-ı dəstəkləyən güclər zəifləməlidir, onlar münaqişəni alovlandırmamalıdır. Digər tərəfdən, İsrail üçün təhlükəsizlik zəmanəti verilməlidir, amma bunu heç kim etmir. Həmçinin HƏMAS hərbi qarşıdurmadan çəkinib siyasi mübarizəyə qoşulmalıdır, yəni tərksilah olunmalıdır. Çünki HƏMAS-ın əlində silah olduğu təqdirdə, sülhdən danışmaq mümkün olmayacaq. Bununla yanaşı İsrail Qəzzada blokadanı aradan götürməli və əhalinin rifahı üçün addımlar atmalıdır. Bu halda xalq HƏMAS-ı dəstəkləməkdən əl çəkəcək. Bölgədə sülhün açarı məhz bu amillərlə bağlıdır. Amma şərtlərin yerinə yetirilməsi üçün siyasi iradə olmalıdır".
Müşviq Tofiqoğlu
KONKRET.az

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü