İsrail XİLAS YOLUNU "yeni İran"da axtarır? - Dünyanı gözləyən ŞOK TƏHLÜKƏ

İsrail XİLAS YOLUNU Səudiyyə Ərəbistanından İrana: yeni geosiyasətin təhlükəli fantaziyaları
İsrail diplomatiyası hələ də Səudiyyə Ərəbistanı istiqamətinə baxdığı bir vaxtda, ekspert dairələrində getdikcə daha radikal suallar səslənir: bəlkə də Təl-Əviv uzun illərdir yanlış ünvana yönəlib?
KONKRET.az xəbər verir ki, 7 oktyabr 2023-cü il hadisələrindən və Ər-Riyadla normallaşma prosesinin faktiki olaraq dondurulmasından sonra İsrail ictimai-siyasi mühitində bir müddət əvvəl siyasi tabu sayılan fikir gündəmə gəlib. Söhbət İsrail üçün strateji çıxış yolunun sünni monarxiyaları ilə ittifaqdan deyil, gələcəkdə teokratik rejimdən sonrakı İrandan – "yeni İran"dan keçə biləcəyi ehtimalından gedir. Bu kontekstdə politoloq, doktor Eddi Koenin "Maariv" qəzetində dərc olunan məqaləsi sadəcə təxribat deyil, İsrailin xarici siyasət düşüncəsində dərin çatların və cavabsız sualların göstəricisi kimi dəyərləndirilir.
İsrail XİLAS YOLUNU Koenin məqaləsi məhz diplomatik eyhamlardan imtina etməsi ilə diqqət çəkir. Müəllif İsrailin son illərdə xarici siyasət leksikonunda əsas yer tutan iki anlayışın – "mülayim sünni dövlətlər" konsepsiyasının və Səudiyyə Ərəbistanı ilə normallaşma ideyasının – artıq aktuallığını itirdiyini iddia edir. Onun fikrincə, İsrail üçün strateji gələcək Ər-Riyaddan deyil, postislamçı, postteokratik Persiyadan – yəni "yeni İran"dan keçə bilər.
Koen Qətər, Oman və xüsusilə Səudiyyə Ərəbistanını terror strukturlarına dəstəkdə, İranla taktiki yaxınlaşmada və sistemli anti-İsrail diplomatiyasında ittiham edir. 7 oktyabrdan sonra Ər-Riyadın mövqeyi doğrudan da İsrail siyasi dairələrinin gözləntilərindən fərqli oldu: Səudiyyə Ərəbistanı Fələstin dövlətinin tanınması üçün Qərbə təzyiqləri artırdı, İsraili beynəlxalq platformalarda tənqid etdi və normallaşma prosesini dayandırdı. Bununla belə, məqalədə vurğulanır ki, İsrailin dövlət siyasəti emosiyalara deyil, praqmatik hesablara əsaslanır. Ər-Riyad heç vaxt Təl-Əviv üçün "dost" deyil, müəyyən şərtlər daxilində İranın bölgədəki təsirini balanslaşdıra biləcək potensial tərəfdaş kimi qiymətləndirilib.
İsrail XİLAS YOLUNU Məqalənin ən mübahisəli hissəsi isə mümkün İsrail–İran yaxınlaşması ilə bağlı irəli sürülən tezislərdir. Koen İran müxalifətinə, xüsusilə Rza Pəhləvinin fiquruna, eləcə də İran cəmiyyətindəki antiislamçı meyllərə istinad edir və şah dövründəki İsrail–İran əməkdaşlığını xatırladır. Analitik baxımdan İsrailin İran rejimi ilə İran xalqını fərqləndirməsi və müxalifətlə əlaqələri yeni deyil. Lakin müəllif bu arqumentləri reallıqdan çox uzaq, demək olar ki, geosiyasi utopiyaya çevirir.
Yazıda qeyd olunur ki, "yeni İran"ın İsrailin strateji müttəfiqinə çevrilməsi hazırkı təhlükəsizlik doktrinasında yalnız uzaq və nəzəri ssenari kimi mövcud ola bilər. İsrailin əsas prioriteti isə bu gün və indi İranın nüvə proqramının və regional təsirinin qarşısını almaqdır, Tehranda rejim dəyişikliyini gözləmək yox.
Beləliklə, məqalə İsrailin xarici siyasətində dərin müzakirələrə yol açsa da, rəsmi Təl-Əvivin real kursu ilə bu cür radikal fantaziyalar arasında ciddi fərqin olduğu açıq şəkildə görünür.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 30 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


azerbaycan xeberleri son xeberler yeni xeberler en yeni xeberler bu gunun xeberleri valyuta mezennesi 2026 az xeber