İsrailə Avroviziya icazəsi verildi - 5 ölkə müsabiqədən çıxdı
İsrailin Avropa Yayım Birliyi Baş Assambleyasında 2026-cı il Avroviziya Mahnı Müsabiqəsini təsdiqləməsindən sonra bir çox ölkə iştirak etməyəcəklərini açıqladı.
azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) İsveçrənin Cenevrə şəhərində keçirilən 95-ci EBU Baş Assambleyası ilə bağlı yazılı açıqlama yaydı.
Bəyanatda EBU üzvlərinin "etimadı və şəffaflığı gücləndirmək" üçün Avroviziya Mahnı Müsabiqəsinin səsvermə sisteminə planlaşdırılan yeniləmələri təsdiqlədiyi qeyd edilib.
"Bu səsvermə o deməkdir ki, 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək istəyən və yeni qaydalara riayət etməyə razı olan bütün EBU üzvləri iştirak etmək hüququna malikdirlər" deyə bildirilib.
Bəyanatda EBU üzvlərini təmsil edən iştirakçılardan 21 noyabrda elan edilən yeni tədbirlər və ehtiyat tədbirlərindən razı olub-olmadıqları barədə gizli səsvermə yolu ilə səs vermələri xahiş olunduğu, lakin gələn ilki müsabiqədə iştirakla bağlı heç bir səsvermənin keçirilmədiyi vurğulanıb.
Bəyanatda həmçinin üzvlərin böyük əksəriyyətinin iştirakla bağlı əlavə səsvermənin aparılmasının vacib olmadığı və müsabiqənin planlaşdırıldığı kimi, əlavə ehtiyat tədbirləri ilə davam etməli olduğu ilə razılaşdığı bildirilir.
Səsvermədən sonra yayımçılardan 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində iştiraklarını təsdiqləmələri istənəcək və iştirakçıların tam siyahısı Miladdan əvvəl açıqlanacaq.
Gülay

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
Konfrans Liqası: I turun oyunlarına start verilir
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Azərbaycan məşhur yapon serialında - Foto