İsrailli diplomat: "Paşinyan Tanrının erməni xalqına göndərdiyi böyük cəzadır
İsrailli diplomat: "Paşinyan Tanrının erməni xalqına göndərdiyi böyük cəzadır"
İsrailin dövlət xadimi, diplomat, 1992-1999-cu illərdə "Nativ" xüsusi xidmət orqanının sabiq rəhbəri, yəhudiləri xüsusi əməliyyatlar vasitəsi ilə İsrailə gətirilməsi üzrə ixtisaslaşan Yakov Kedmi Media.Az-a müsahibə verib.
İsrailli diplomat vurğulayıb ki, Azərbaycan ordusu Qarabağda həyata keçirdiyi hərbi əməliyyatlara tam hazır olub, hərbi tapşırıqlar normal yerinə yetirilib, əks tərəfdə isə dəhşətli dərəcədə qeyri peşəkarlıq müşahidə olunub.
"Məgər Şuşanı İrəvanda deyildi kimi Suriyadan olan terrorçular nəzarətə götürdü? Xeyr, bu Azərbaycan ordusu idi! Dronları və təyyarələri kim idarə edirdi? Azərbaycanlılar! Erməni tərəfdən Türkiyənin "F-16" təyyarələrinin döyüşlərdə iştirakı ilə bağlı iddialar vardı. Bu da öz növbəsində yalan çıxdı! Döyüşən, irəli şığıyan Azərbaycan əsgərləri idi! Onlara rəhbərlik edənlər azərbaycanlı zabitlər idi! Azərbaycan ordusunun Türkiyə təcrübəsini mənimsəməyində qəribə nə var? Bakı qərara gəlib ki, zabitlər ən yaxşı hazırlığı Türkiyədə keçə bilər. Bir daha vurğulamaq istərdim - döyüşən azərbaycanlılar idi!".
Y. Kedmi gələcəkdə hadisələrin necə inkişaf edəcəyindən və hazırda İrəvanda hökm sürən revanş əhval ruhiyyəsinə öz münasibətini açıqlayıb.
"Sülh pozulmayacaq. Mən Suriyaya nəzər salıram. Rusiya hərbi polislərinin daxil olduğu yerlərdə döyüş əməliyyatları dayandı. Rusiyada hərbi əməliyyatların bərpasının qarşısını almağa qadir olan sülhməramlı kontingent yaradılıb, onlara təlim keçilib. Ermənistanda iki il yarım əvvəl "heç kim" olan Nikol Paşinyan hakimiyyətə gətirildi. Çox güman ki, onu hakimiyyətdən kənarlaşdıracaqlar. Onun yerinə kimi qoyacaqlar? Mən bilmirəm. Ancaq Ermənistanın qisas almaq üçün heç bir gücü və fürsəti olmayacaq. Bu gün erməni ordusu hətta Ermənistanı müdafiə edə bilmir, döyüşməyə qadir deyil, kifayət qədər silahı yoxdur, onlar müdafiəni təşkil etməyi, mövqelərini necə təchiz etməyi bilmirlər".
Azərbaycan ordusunun hazırlıq səviyyəsinə toxunana israilli diplomat qeyd edib ki, silahlı qüvvələrimiz müdafiə olunmağı və hücuma keçməyi yaxşı bacarır. Ermənistan ordusu isə əvəllər olduğu formada mövcudluğunu qoruyub saxlaya bilməyib.
"Mən müharibənin nə olduğunu bilirəm. Ən təhlükəli şey özünü aldatmaqla məşğul olmaq və sonra günahkarları axtarmaqdır. Bu gün Ermənistan rəhbərliyində bu dövlətin hərbi, iqtisadi, dövlət və siyasi sahədəki problemlərini düzgün müəyyənləşdirən və həll yollarını göstərə biləcək bir kimsə yoxdur".
Y. Kedmi fikrinin sonunda qeyd edib ki, N.Paşinyan vəzifəsindən getmək istəmir və bu addımı atmaq üçün fərqli mədəniyyətə sahib olmaq lazımdır.
"Hər hansı bir yaponiyalı Paşinyanın yerində olsaydı Harakiriyə (yapon intihar adəti – red) əl atardı. Bir rus yaxud, alman özünə atəş açardı. Ölkəsini biabırçılığa, rəzalətə saldığına görə. Ermənistan baş nazirinin və komandasının bir vəzifəsi var - kürsüdə qalmaq. Paşinyan Tanrının erməni xalqına göndərdiyi böyük cəzadır, bunu heç düşmənə arzu etməzsən", - deyə Y.Kedmi bildirib. /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına