İşsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydası təsdiq edilib

İşsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydası təsdiq edilibÖzünüməşğulluğun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu qayda "Məşğulluq haqqında" Qanunun 24.11-ci maddəsinə əsasən hazırlanaraq, Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası"nda əksini tapıb.
Qaydada qeyd olunur ki, işsizlikdən sığorta ödənişi alan işsiz şəxslər özünüməşğulluğa cəlb edilmirlər. Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslər isə 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə özünüməşğulluğa cəlb edilirlər.
Sənədə əsasən, özünüməşğulluğun təşkili aşağıdakı mərhələlərdə həyata keçirilir:
- özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi;
- əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi;
- özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi;
-seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın 2 (iki) il müddətinə müqavilə əsasında verilməsi;
-özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 2 (iki) il müddətində dövri monitorinqi.
Qaydada bildirilir ki, özünəməşğulluğun təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Məşğulluq" altsistemində işsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslər kimi qeydə alınmış şəxsin müraciəti əsasında həyata keçirilir.
Agentlik həmin şəxslərə özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasında yardım göstərilməsi məqsədilə təlimlər keçirir.
Təlimlər özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili mövzuları ilə yanaşı, biznes-planın tərtib edilməsi, biznes-planın həyata keçirilməsinin mərhələləri, sahibkarlığın əsasları mövzularından ibarət təlim proqramları üzrə keçirilir. İştirakçılara seçdikləri özünüməşğulluq istiqamətində biznes-planın hazırlanmasına köməklik də göstərilir.
Təlimdən sonra 5 iş günü müddətində işsiz şəxs hazırladığı biznes-planı elektron kabinetində yerləşdirməlidir. Bundan sonra 30 iş günü müddətində, Agentliyin yerli qurumlarının və ya DOST Mərkəzinin müəyyən etdiyi vaxtda Agentliyin yerli komissiyaları tərəfindən biznes-planların qiymətləndirilməsi həyata keçirilir. Komissiyanın işinə özünüməşğulluq istiqamətləri üzrə işəgötürənlərin nümayəndələri və ya müstəqil ekspertlər cəlb edilə bilər.
Qiymətləndirmənin nəticəsinə uyğun olaraq Komissiya iki istiqamətdə qərar verir: şəxsin özünüməşğulluğa cəlb edilməsinə dair və ya özünüməşğulluğa başlamağa hazır olmaması, yenidən təlimlərdə iştirak hüququ olmasına dair. Verilmiş qərar 5 iş günü ərzində şəxsin e-kabinetində yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir.
Özünüməşğulluğa cəlb edilən şəxsə seçdiyi özünüməşğulluq istiqamətinin təşkili üçün material, avadanlıq və digər əmlak verilir və onunla Agentliyin yerli qurumları və ya DOST Mərkəzi arasında 2 (iki) il müddətinə müqavilə imzalanır. Əmlak barədə bütün məlumatlar, o cümlədən əmlakın növünə, dəyərinə, keyfiyyətinə və kəmiyyətinə, mənşəyinə, avadanlıqların texniki göstəricilərinə dair məlumatlar, əmlakın foto və video görüntüləri, təhvil-təslim aktları müqaviləyə əlavə edilir.
Müqavilə imzalandıqdan sonra ən geci 10 iş günü müddətində müqavilədə nəzərdə tutulmuş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsə verilir.
Əmlakın verilməsi barədə müqavilə bağlanıldıqdan sonra 5 iş günü müddətində özünüməşğulluğa cəlb olunmuş şəxs seçilmiş özünüməşğulluq istiqamətinə uyğun olaraq ailə kəndli təsərrüfatı kimi uçota durmalı və ya fərdi sahibkar kimi qeydiyyatdan keçməli və bu barədə məlumatı elektron kabinetində yerləşdirməlidir. Əgər həmin şəxs yaşayış yerini və (və ya) ona verilmiş əmlakdan istifadə yerini dəyişərsə, bu barədə məlumatı 10 iş günü müddətində elektron kabinetinə daxil etməlidir.
Sonuncu mərhələ kimi isə Agentliyin yerli qurumları və ya DOST Mərkəzləri tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 2 il müddətində, ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə edilməklə monitorinqi aparılır.
Bu müddətin sonuna həmin şəxsin fəaliyyəti biznes-planına uyğun olduqda, verilmiş əmlak təhvil-təslim aktı əsasında onun mülkiyyətinə verilir. Şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, o, vurulmuş ziyanın əvəzini Mülki Məcəlləyə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Əgər şəxsin ona verilmiş əmlakdan 1 il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, belə halda da o həmin əmlakı Agentliyə qaytarmalıdır. Yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 17 may 2020
f Paylaş

Oxşar xəbərlər

Dünya bazarında neft ucuzlaşdı

Dünya birjalarında neftin qiymətində azalma müşahidə olunub. xəbər verir ki, Londonun ICE birjasında "Brent" markalı neftin bir bareli 3,05 dollar ucuzlaşaraq 87,33 dollara enib. Nyu-Yorkun NYMEX birjasında is

LANDAU məktəbinin şagirdləri Yelo Bank-ın təcrübə proqramında iştirak ediblər - FOTOLAR

Gənclərin inkişafına və maliyyə savadlılığının artırılmasına daim dəstək verən Yelo Bank, növbəti sosial layihəsini reallaşdırıb. Bank bu dəfə qapılarını LANDAU məktəbinin şagirdləri üçün açıb. Bir həftə davam edən proqra

TuranBank beynəlxalq fonddan maliyyə vəsaiti cəlb etdi

Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən TuranBank ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb. xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyər

Neftdən asılılığın azalması davam edir – Yeni göstəricilər açıqlandı

"Neftdən asılılığın azaldılması istiqamətində müsbət göstəricilər qeydə alınıb" . xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasınd

Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir

Rəqəmsal bankçılıqda innovativ addımları ilə seçilən Yelo Bank, müştərilərinə bütün bank hesablarını eyni tətbiqdən nəzarətdə saxlamaq üstünlüyü təklif edir. Açıq Bankçılıq (Open Banking) prinsipləri əsasında ərsəyə gələ

"Kontakt" Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır

Qarabağda baş verən yeniliklərin bir ünvanı da Xankəndidir. Bu inkişafın bir parçası olaraq sevindirən şəbəkə "Kontakt" Xankəndidə ilk mağazasının açılışına hazırlaşır. İlin ikinci yarısında açılması planlaşdırıla

Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətləri yüksəlib. xəbər verir ki, COMEX birjasında qızılın avqust fyuçersləri əvvəlki sessiya ilə müqayisədə 87,8 dollar və ya 2,07% artaraq 4 326,6 dollar/unsiyay

Bank Respublika "Ümumdünya Qan Donoru Günü" ərəfəsində qanvermə aksiyası keçirdi - FOTOLAR

Bəzən bir neçə dəqiqə vaxt ayırmaq kiminsə həyatına ümid olmaq üçün kifayətdir. "14 iyun - Ümumdünya Qan Donoru Günü" ərəfəsində Bank Respublika əməkdaşları növbəti dəfə belə bir məqsəd naminə bir araya gələrə


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeber bu gunun xeberleri cəbhədən son vəziyyət bugunun xeberleri