İstanbulda müalicə alan Vətən müharibəsi qaziləri ilə görüş keçirildi - FOTO
Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən Novruz bayramı ərəfəsində İstanbul xəstəxanalarında müalicə alan Vətən müharibəsi qaziləri ilə görüş keçirilib.
azxeber.com xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulu Nərminə Mustafayeva Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazanmış olduğu şanlı zəfərdən bəhs etmiş, şəhid ailələri və qazilərə diqqət və qayğının dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayaraq, şəhidlərin xatirəsini hörmətlə anmış, qazilərimizin isə tezliklə sağalaraq vətənə geri dönməsini arzulayıb.
Xanım Mustafayeva həmçinin, hər zaman Azərbaycanın yanında olmuş qardaş Türkiyənin Vətən müharibəsindəki hərtərəfli dəstəyini yüksək qiymətləndirərək, qazilərimizin sağlamlıqlarına qovuşmasında əməyi keçən Türkiyəli həkimlərə öz minnətdarlığını bildirib.
Sözügedən tədbirdə Türkiyədəki Azərbaycan dərnəklərinin fəalları, Heydər Əliyev və Mübariz İbrahimov adına məktəblərin müəllim və şagird heyəti, eləcə də İstanbul universitetlərində təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var