İstintaqı tamamlanan Mənsimov barədə şok faktlar: Gülənə təyyarəsini təklif edib...

İstintaqı tamamlanan Mənsimov barədə şok faktlar: Gülənə təyyarəsini təklif edib...İstintaqı tamamlanan Mənsimov barədə şok faktlar: Gülənə təyyarəsini təklif edib...
"Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovla bağlı başladılan FETÖ istintaqı sona çatıb. M.Mənsimova "silahlı terror qruplaşması üzvü olmaq" ittihamı ilə 7.5 ildən 15 ilə qədər həbs cəzası tələb edilib.
İstanbul Cümhuriyyət Baş Prokurorluğu və Mütəşəkkil Cinayətlər Bürosu tərəfindən hazırlanan 26 səhifəlik iddianamə İstanbul Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Üç hissədən ibarət iddianamədə M.Mənsimovun əməlləri və barəsində ortaya çıxan faktlar tək-tək ifadə olunub.
İddianamədə M.Mənsimovun FETÖ-nün rəhbərlərindən sayılan fərari Akın İpek və İhsan Kalkavanla yanaşı, Suat Yıldırım, Süleyman Uysalla sıx telefon əlaqəsi saxladığı, qruplaşmanın Rusiya imamı Ahmet Hamdi Vuralla isə iş yerində görüşdüyü qeyd olunub. M.Mənsimov sözügedən şəxslə keçirilən görüşlərdə ehtiyatı əldən verməyərək, siqnalkəsici "jammer"lərdən istifadə edib.
FETÖ liderinin əşyalarını muzeydə sərgiləyib
İddianaməyə əsasən, M.Mənsimovun 17-25 dekabr çevriliş cəhdindən əvvəl FETÖ ilə yaratdığı sıx əlaqə, bu prosesdən sonra da davam edib. Qruplaşmanın lider heyəti ilə 2016-cı ilə qədər sıx əlaqə və əməkdaşlığı davam etdirib.
M.Mənsimov hətta FETÖ lideri Fətullah Gülənlə üz-üzə görüşüb, şəxsi əşyalarını ondan alıb, qurduğu muzeydə nümayiş etdirəcək dərəcədə qruplaşmaya bağlılıq nümayiş etdirib. O, qruplaşmanın xaricdəki məktəb və dərnəklərinin mövcudluq və fəaliyyətini davam etdirə bilməsi üçün maddi yardım da göstərib.
Sıx əlaqə və qruplaşmaya xas davranış nümayiş etdirib
M.Mənsimovun saxlanıldıqdan sonra FETÖ üzvlərinə xas şəkildə müdafiə olunmağı rədd etdiyi vurğulanan iddianamədə "şübhəli şəxsin əməllərinin davamlılığı, intensivliyi və müxtəlifliyi nəzərə alınaraq, şübhəli şəxsin təşkilat daxilində müxtəlif və intensiv şəkildə müəyyən edilmiş əməllərlə təşkilata bağlı olduğu və təşkilatın təlimatlarına uyğun olaraq həyata keçirdiyi fəaliyyətlərinin olduğu barədə sübutlar əldə edilib.
"Güləni tərifləyin"
İddianamədə M.Mənsimovun evindən çıxan materiallara da diqqət yetirilib. İş ünvanında mavi qovluq içərisində Rusiyanın "İzvestiya" qazetinin "Fətullah Güləni tərifləyin" ifadəsi qeyd olunmuş bir hissəsi və çox sayda rəqəmsal material ələ keçirilib. Sözügedən materiallarla bağlı aparılan ekspertiza hələ də davam edir.
Gülənin qardaşı oğlu ilə Bodrumdan Rusiyaya özəl uçuş
M.Mənsimovun fərari Akın İpeklə 2010-cu ildən 2015-ci ilə qədər 67 dəfə əlaqə saxlaması müəyyən edilib. M.Mənsimovun, həmçinin, F.Gülənin qardaşı oğlu Selman Gülənlə 2013-cü ilin avqust ayında Bodrumdan Rusiyaya şəxsi təyyarə ilə səfər etdikləri müəyyən edilib.
Təyyarəsini F.Gülənə təklif edib: "Ölkənin sizə ehtiyacı var"
M.Mənsimovla bağlı ifadə verən şahid A.A.-nın ifadəsinə əsasən, o, qruplaşma lideri F.Güləni 2009 və 2010-cu illərdə ziyarət edib. Burada M.Mənsimov F.Gülənə "Nə zaman qayıdırsınız?" sualını ünvanlayıb. F.Gülən isə buna "bəlli deyil" cavabını verib. FETÖ liderinin cavabından sonra isə M.Mənsimov bu fikri səsləndirib:
"Təyyarəm burada hazırdır, istəsəniz, sizi hər zaman apara bilərik, bu ölkənin sizə ehtiyacı var".
Qeyd edək ki, prokurorluq şübhəli M.Mənsimovun "silahlı terror qruplaşmasına üzv olma" ittihamı ilə cəzalandırılmasını tələb edib. M.Mənsimovun işinə yaxın günlərdə İstanbul Ağır Cinayətlər Məhkəməsində baxılacaq. /oxu.az

Siyasi       Tarix: 12 iyun 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Məzuniyyətə çıxmayanların nəzərinə - Həkim xəbərdarlıq etdi

Həddindən artıq işləmək və istirahətə vaxt ayırmamaq təkcə psixoloji deyil, fiziki sağlamlıq üçün də ciddi təhlükə yaradır. Təcili tibbi yardım həkimi və tibbi bloqer Dmitri Molodoy hesab edir ki, işkoliklik bəzi hallard

Cənubi Qafqazda yeni oyun: Zəngəzur dəhlizinin taleyi həll olunur

Yaxın Şərqdə gərginliyin artması, İran ətrafında baş verən son proseslər və regionda dəyişən geosiyasi balans Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bəzi ekspertlər hesab edirlər ki

Əli Əsədov nazirləri topladı: 2029-cu il siyahıyaalınması müzakirə edildi

İyulun 17-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş geniş iclas keçirilib. Nazirlər Kabinetində

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış etdilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. KONKRET.azxəbər verir ki, əvvəlcə Azərbaycan Prezident

Televiziya, yoxsa sosial media? – Deputat seçimindən danışdı

Son günlər tanınmış jurnalist Mirşahin Ağayevin televiziya izləməyənlərlə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. O, Real TV-də yayımlanan "Media masası" verilişində "Televizor

Ərdoğan Qətərə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar başsağlığı vermək üçün Dohaya səfər edib. -ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, Ərdoğan mərhum dövlə

Tramp Əliyevin sözlərini "Truth Social"da paylaşdı

ABŞ Prezidenti Donald Tramp "Truth Social" səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumundakı çıxışına həsr olunmuş "Breitbart News" məqaləsinə keçid paylaşıb

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Prezident İlham Əliyev amerikalı həmkarı Donald Trampa təşəkkür edib. xəbər verir ki, bu barədə dövlət başçısının sosial media hesablarında paylaşım edilib. Həmin paylaşımı təqdim edirik:

Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb

AZAL təyyarəsinin qəzalarının nəticələri ilə bağlı bütün məsələlər həll olunub. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Bu il yüksək səviyyədə əldə olunmuş razılaşmalar və hökumətlərimizin, nazirliklərimizi


yeni xeberler azerbaycan xeberleri son xeberler krimnal xeber dunya xeberleri sonxəbər