İstisu və Zülfüqarlı rekreasiya zonalarında sağlamlıq turizmi olacaq
İstisu və Zülfüqarlı rekreasiya zonalarında sağlamlıq turizmi olacaq
Kəlbəcər rayonunda yaradılacaq İstisu və Zülfüqarlı rekreasiya zonaları sırf sağlamlıq turizmi baxımından ixtisaslaşacaq.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev Bakıda keçirilən, ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində təşkil edilmiş "Azərbaycanda sağlamlıq turizminin inkişaf perspektivləri" mövzusunda panel müzakirələrində bildirib.
"Ümumilikdə Kəlbəcərdə 5 rekreasiya zonası olacaq. Bunlardan 2-də sağlamlıq turizminin inkişafı üçün çalışacağıq. Bundan əlavə, gələcəkdə İstisu və Zülfüqarlıya investisiya qoyuluşu potensialı olacaq", - deyə o qeyd edib.
İşğaldan azad edilmiş ərazilərdə sağlamlıq turizminin potensialının çox böyük olduğunu deyən R.Əliyev həmçinin deyib ki, gələn il Qarabağda sağlamlıq turizmi ilə bağlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək:
"Tədbirə beynəlxalq ekspertlər cəlb olunacaqlar və dünya təcrübəsinə yiyələnmək üçün müzakirələr aparılacaq".

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi