İsveçrə qəzeti Azərbaycanın Müstəqillik günündən yazdı

İsveçrə qəzeti Azərbaycanın Müstəqillik günündən yazdıİsveçrədə Azərbaycanın Müstəqillik Günü və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə tədbir keçirilib.
KONKRET.az Trend-ə istinadla xəbər verir ki, bu barədə "Neue Schweizer Zeitung" qəzeti Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərovun "Twitter" səhifəsinə istinadən yazıb.
"Kiçik, amma vacib ölkələr qlobal çağırışların öhdəsindən gələ bilmək üçün bir-birinə daha yaxın olmalıdır. Biz Bern meri Alek fon Qraffenridlə birlikdə Azərbaycanın Müstəqillik Günü və diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə keçirilmiş tədbirdə çıxışlar zamanı bu fikirlə razılaşdıq", – səfir bildirib.
O qeyd edib ki, tədbir çərçivəsində keçirilmiş konsert proqramında xanəndə Mənsum İbrahimovun rəhbərliyi ilə "Qarabağ" muğam kollektivi, eləcə də skripkaçı Ceyla Seyidova çıxış edib.
"Konsert proqramı nümayiş etdirdi ki, mədəniyyət insanları birləşdirir", – F.İsgəndərov yazıb.
Məqalədə qeyd olunur ki, Azərbaycan və İsveçrə iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlıq edir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il yanvarın 21-də qurulub. Bakı və Bern arasında qeyri-neft sektorunda qarşılıqlı səmərəli əməkdaşlıq təşkil olunub. 2022-ci ildə Bakıda İsveçrə və Azərbaycan arasında Ticari-iqtisadai münasibətlər komitəsinin iclası keçiriləcək. 2021-ci ildə iki ölkə arasında ticarətin həcmi 457,2 milyon dollar, ixrac 272,5 milyon dollar, idxal 184,7 milyon dollar təşkil edib.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Siyasi       Tarix: 02 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman


son xeberler azerbaycan xeberleri yeni xeberler sosial yardim son xeber.az xeberler bu qun cəbhədən ən son xəbərlər