İtaliya işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmalı olduğunu dəstəkləyir
İtaliya işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmalı olduğunu dəstəkləyir
İtaliya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman BMT mövqeyini, yəni işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmalı olduğunu dəstəkləyib.
Azərbaycan XİN-dən verilən xəbərə görə, bunu İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano "Agenzia Nova" xəbər agentliyinə müsahibəsində deyib.
"İtaliya həmişə ən müdrik, ən məntiqli və ən geniş yayılmış mövqeyi, yəni BMT-nin mövqeyini dəstəkləyib. Həmin ərazilərin 90-cı illərdə Ermənistan tərəfindən işğal edildiyini və Azərbaycana qaytarılmalı olduğunu bildirən bir çox qətnamələr var", - deyə dövlət katibi bildirib.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni icmasına münasibətdə isə M. Di Stefano qeyd edib: "Biz insan haqlarının qorunması, xristian icmalarının mühafizəsi baxımından həmin ərazidəki ermənilərin bütün hüquqlarına hörmət edilməsinin tərəfdarıyıq və mən bu xüsusda çox rahatam, çünki Azərbaycan çoxkonfessiyalı ölkədir. Bu barədə bizi dəfələrlə əmin ediblər".
Münaqişənin nizamlanmasında Rusiyanın roluna münasibətdə İtaliya rəsmisi vurğulayıb ki, Rusiya Dağlıq Qarabağda böyük bir realpolitik nümayiş etdirib: "Çünki Ermənistanın həmişə bir növ Rusiyanın protektoratı olduğu doğrudur, lakin Rusiyanın Türkiyə ilə və bölgədəki enerji ilə əlaqəli iqtisadi münasibətlərinin olduğunu nəzərə alaraq, Azərbaycanın özü ilə də böyük bağlarının olduğu da həqiqətdir". /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına