İtaliya mediası İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb - FOTOLAR

İtaliya mediası İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb - FOTOLARİtaliyanın aparıcı mətbu orqanları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfərini geniş işıqlandırıb.
azxeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, "Agenzia Nova", "Giornale Diplomatico", "Agenpress", "Il Sole 24 Ore", "Askanews", "Italpress", "il Giornale", "La Presse", "Agenzia Vista", "Quotidiano Nazionale", "Tutt Oggi", "Borsa Italiana" və digər kütləvi informasiya vasitələrində yayılan məlumatlarda Prezident İlham Əliyevin Romanın "Quirinale" Sarayında İtaliya Prezidenti Sercio Mattarella ilə görüşdüyü bildirilib. Diqqətə çatdırılıb ki, görüşdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı və çoxşaxəli əməkdaşlığı ehtiva etdiyi vurğulanıb.
Bildirilir ki, İtaliya Avropada Azərbaycanın əsas ticarət tərəfdaşıdır, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. TAP layihəsinin Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynadığı qeyd olunur. Humanitar və mədəni əlaqələrin, eyni zamanda, İtaliya -Azərbaycan Universitetinin fəaliyyətinin əhəmiyyəti bildirilib.
Noyabrda Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un çox əhəmiyyətli tədbir olduğu və İtaliyanın beynəlxalq tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağı diqqətə çatdırılır.
Məlumatlarda Prezident İlham Əliyevin həmin gün Romanın "Chigi" Sarayında İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüş keçirdiyi bildirilib. Vurğulanıb ki, görüşdə İtaliya-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyindəki məsələlərə dair ətraflı müzakirələr aparılıb, iki ölkə arasında yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün sahələr üzrə inkişaf perspektivlərinə dair müzakirələr olub.
Yazılarda qeyd olunur ki, Prezident İlham Əliyevlə Ciorcia Meloninin görüşündə İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayan TAP boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb. ADA Universiteti ilə İtaliyanın beş universiteti arasında birgə layihə çərçivəsində yaradılan İtaliya-Azərbaycan Universitetinin xüsusi önəm daşıdığı qeyd olunub.
Diqqətə çatdırılıb ki, Ciorcia Meloni COP29-un uğurla keçirilməsi üçün İtaliyanın Azərbaycana bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.
Yazılarda, həmçinin qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Romada İtaliyanın "Eni S.P.A" şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb, SOCAR ilə "Eni" arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
İtaliya mediası İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb - FOTOLARİtaliya mediası İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb - FOTOLARİtaliya mediası İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb - FOTOLARİtaliya mediası İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb - FOTOLARİtaliya mediası İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb - FOTOLARİtaliya mediası İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb - FOTOLAR

Siyasi       Tarix: 07 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra


yeni xeberler azerbaycan xeberleri son xeberler xabarlar xeberler bugünki xəbərlər bu gune olan xeberler