İtaliyada iki məşhur turistik bölgə ziyarətçilər üçün yeni qadağalar tətbiq etdi - FOTO

İtaliyada iki məşhur turistik bölgə ziyarətçilər üçün yeni qadağalar tətbiq etdi - FOTOİtaliyada iki məşhur turistik bölgə ziyarətçilər üçün yeni qadağalar tətbiq etdi - FOTO
Dünyanın turistlər arasında ən məşhur ölkələrindən olan İtaliya həddindən artıq ziyarətçi axınının qarşısını almaq üçün yeni qadağalar tətbiq etməyə davam edir.
Alp dağları ərazisində yerləşən Alto-Adige bölgəsində turistlərin sayına məhdudiyyətlər qoyulmağa başlayıb, balıqçı şəhəri olan Portofino isə məşhur yerlərdə şəkil çəkmək üçün uzun müddət dayanan turistlərə cərimələr tətbiq edir.
Xüsusilə İtaliyanın şimalındakı məşhur Alto Adige (və ya Cənubi Tirol) muxtar bölgəsi orada gecələyən turistlərin sayını məhdudlaşdırmaq qərarına gəlib.
"İlin müəyyən vaxtlarında və müəyyən ərazilərdə turistlərin sayı həddən artıq çoxalmağa başlayıb. Bizim resurslarımız tükənmək üzrədir, nəqliyyatda problemlərimiz yaranıb, sakinlərə ev tapmaq çətinləşib... Turizm sektoru iş yerləri və iqtisadiyyat baxımından bizim üçün çox önəmlidir, lakin biz son həddə çatmışıq. Ona görə də insan axınının və turistlərin yerləşdirilməsinin daha yaxşı idarə olunmasını təmin etmək üçün bu kimi tədbirlər görmək məcburiyyətində qaldıq. Turistlər buraya gəzmək və gözəl yerləri görmək üçün gəlir, tıxacda qalmaq üçün yox", - deyə yerli hakimiyyət orqanları açıqlama veriblər.
Bundan əlavə, gündəlik səfərlərə də məhdudiyyətlər tətbiq edilib. Əsas turistik yerlər, o cümlədən Laqo de Brayes buzlaq gölünü ziyarət etmək üçün əvvəlcədən bron etmək tələb olunur.
Genuya əyalətindəki Portofino balıqçı qəsəbəsində də məşhur yerlərdə "boş-boş gəzən" və ya şəkil çəkdirmək üçün çox uzun müddət ayaq saxlayan turistlərə 275 avro məbləğində cərimə tətbiq etmək qərarına gəliblər. Belə yerlər indi qırmızı zonalar və ya "gözləmənin qadağan olduğu" zonalar kimi qeyd olunacaq.
İtaliyada iki məşhur turistik bölgə ziyarətçilər üçün yeni qadağalar tətbiq etdi - FOTOİtaliyada iki məşhur turistik bölgə ziyarətçilər üçün yeni qadağalar tətbiq etdi - FOTOİtaliyada iki məşhur turistik bölgə ziyarətçilər üçün yeni qadağalar tətbiq etdi - FOTOMənbə:  "The Independent" / oxu.az

Maraqlı       Tarix: 21 aprel 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gunun xeberleri en son xeberler bu gun bugunun xeberleri son xeberler az