İtaliyadan Azərbaycana DƏSTƏK
İtaliyanın sabiq Xarici İşlər naziri, "Marco Pannella" Hüququn Aliliyi Qlobal Komitəsinin prezidenti Culio Terzi və həmin komitənin katibi Matteo Anciolinin Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatlarına dair birgə yazısı İtaliyanın "L"Opinione" qəzetində dərc olunub.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, "Ermənistan və Azərbaycan arasında silahlı qarşıdurmalar: rasionallıq və beynəlxalq hüquqa çağırış" başlıqlı yazıda qeyd olunur ki, döyüşlər Azərbaycan Prezidenti İlham Əliyevin üç onillikdir ki, davam edən münaqişənin sonlandırılması məqsədilə Ermənistanla aparılan danışıqlar prosesinin Ermənistan tərəfinin destruktivliyi səbəbindən dalana dirənməsi faktını pisləməsindən bir neçə gün sonra başlayıb. Ermənistan tərəfi, əslində, status-kvonun, yəni Dağlıq Qarabağ regionunu Ermənistan silahlı qüvvələrinin nəzarəti altında saxlamağa davam etməsinin birtərəfli qaydada qorunub saxlanılmasında maraqlı görünür.
"Biz qəti şəkildə ümid edirik ki, bu ciddi insidentlər dərhal dayandırılacaq və Ermənistan Azərbaycanla danışıqları bərpa edəcək. Beynəlxalq sənədlər və BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələri, xüsusilə də Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin tətbiqini nəzərdə tutan 1993-cü il tarixli qətnamələr əsas təşkil etməlidir", - deyə müəlliflər bildirirlər.
Yazıda, habelə silahlı qarşıdurmaların baş verdiyi Tovuz rayonu ərazisindən İtaliyaya da neft nəql edən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Cənub Qaz Dəhlizinin başlanğıcını təşkil etməsi baxımından maraq doğuran Cənubi Qafqaz Boru Kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin keçdiyi xüsusilə vurğulanır.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək