İtalyan professor: "Azərbaycan Ermənistanı güzəştə məcbur etmək üçün hücum və müdafiə sistemlərinə malikdir

İtalyan professor: "Azərbaycan Ermənistanı güzəştə məcbur etmək üçün hücum və müdafiə sistemlərinə malikdirİtalyan professor: "Azərbaycan Ermənistanı güzəştə məcbur etmək üçün hücum və müdafiə sistemlərinə malikdir"
Dünya ölkələrinin enerji siyasəti ilə bağlı tədqiqatlar aparan "Sənaye və Energetika üzrə Tədqiqatlar" cəmiyyətinin "RiEnergia" internet portalında Venesiyanın "Ka Foskari" universitetinin tədqiqatçısı professor Karlo Frappinin müəllifi olduğu "Dağlıq Qarabağ münaqişəsi və enerjinin çəkisi" adlı məqalə dərc olunub.
Məqalədə Azərbaycanın Avrasiya məkanının əsas karbohidrogen istehsalçılarından biri kimi SSRİ-dən müstəqillik əldə etdikdən sonra daha effektiv şəkildə enerji sektorunu inkişaf etdirməyə müvəffəq olmuş ölkə olduğu bildirilir və qeyd olunur ki, Bakı istehsala başlamaq və hazırda daha geniş Cənub Qaz Dəhlizinin ilk seqmenti olan Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi boru kəmərlərin tikintisi vasitəsilə regional (Türkiyə, Gürcüstan) və Avropa (ilk növbədə İtaliya) bazarlarına əhəmiyyətli həcmdə ixracı həyata keçirmək üçün lazımi maliyyələşmə, "know how" və diplomatik dəstəyi əldə etməyə müvəffəq olub.
Məqalədə münaqişə ilə bağlı fikirlərini ifadə edən müəllif son günlər Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki Gəncə hava limanı, Mingəçevir SES, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji infrastruktur obyektlərinə raket zərbələri endirmək cəhdləri barədə danışır və bu hücumların Ermənistan üçün ağır diplomatik nəticələrinin olacağını vurğulayır.
K.Frappi enerji gəlirlərinin və bu sahəyə sərmayə qoyuluşunun münaqişəyə təsiri və rolunu da qiymətləndirərək, bu kontekstdə son on beş il ərzində Bakının öz enerji resurslarından əldə etdiyi gəlirlərin ölkənin müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsi və silah-sursatın alınması üçün vəsait ayrılmasına imkan verdiyini vurğulayır və bu vəsaitin Ermənistanın bütövlükdə dövlət büdcəsi həcmində olduğunu diqqətə çatdırır. Eləcə də Azərbaycanın enerji potensialının güclənməsi ilə yaranan assimmetriyanın son toqquşmalar zamanı da özünün göstərdiyini qeyd edir. 
Müəllif enerjiyə sərmayə qoyuluşunun xarici ölçüsünün də münaqişəyə az təsir göstərmədiyini bildirir və izah edir ki, beynəlxalq enerji və ya qeyri-enerji nəqliyyat infrastrukturları üçün xərclənmiş vəsait faktiki olaraq Bakıya regional səviyyədə rolunu artırmaqla həm tranzit ölkələr, həm də karbohidrogen istehlakçısı olan ölkələr ilə əlaqələri genişləndirməyə və gücləndirməyə imkan verib. Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üçün qoyulmuş böyük həcmdə investisiyalar bu dinamikanı göstərən ən böyük sübutdur. Müəllif Azərbaycanın şərq-qərb oxu üzrə (Azərbaycan, Gürcüstan və Türkiyə arasında) həyata keçirilmiş dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi təşəbbüsləri və şimal-cənub oxu üzrə (İran, Azərbaycan və Rusiya arasında) çoxdandır inkişaf mərhələsində olan təşəbbüslərindən də danışır.   
Bundan əlavə, məqalədə qeyd olunur ki, enerji sektorunda əldə etdiyi gəlirlər hesabına  Azərbaycan münaqişənin həll olunması məqsədilə Ermənistanı danışıqlarda güzəştə məcbur etmək üçün vacib olan hücum və müdafiə sistemlərini qurub. Ötən əsrin 90-cı illərinin ortalarında "ərazi əvəzinə neft kəməri" məntiqi ilə münaqişənin həlli üçün enerjidən təzyiq kimi istifadə etmək cəhdi müvəffəqiyyətsizliyə uğramaqla, infrastrukturun inkişaf etdirilməsi siyasəti "Ermənistanın regional inkişafdan təcrid edilməsi" məntiqi ilə aparılıb.
Ermənistanın regional layihələrə cəlb edilməsi ehtimalının münaqişənin həllinə birbaşa bağlı olduğu qeyd olunmaqla vurğulanır ki, bu, 1993-cü ildə Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsinə cavab olaraq sərhədlərini bağlamış Türkiyə ilə həmin sərhədlərin yenidən açılması fonunda Ermənistanın "boğulan" iqtisadiyyatına təkan vermiş ola bilərdi. /oxu.az

Siyasi       Tarix: 20 oktyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi


son xeberler azerbaycan xeberleri yeni xeberler hava şou biznes xəbərləri apa.az xeberler ən son xəbər