İtdən xilas etmək istəyərkən qızı güllələdi - VİDEO
İtdən xilas etmək istəyərkən qızı güllələdi - VİDEO
Rusiyanın Moskva vilayətində polis gənc qızı itdən qorumaq istəyərkən, təsadüfən elə onun özünü də gülləyib. Hər şey 21 yaşlı qızın öz qohumu ilə mağazadan qayıtdığı vaxt baş verib. Alabay cinsli it əvvəlcə qızın yanında gedib, ətrafında dolanaraq oynamağa başlayıb, sonra onun gödəkçəsindən yapışıb, sonda isə yerə yıxıb.
Qızın xalası itlə tək bacara bilməyəcəklərini anlayaraq polisə zəng edib.
Hadisə yerinə gələn polisin iti uzaqlaşdırmaq cəhdi bir nəticə verməyib. Hüquq-mühafizəçi çarəni onu silahla vurmaqda görüb və tabel silahı ilə atəş açıb. Güllələrdən üçü itə dəysə də, biri qıza dəyib.
İt ölüb, qız isə xəstəxanaya yerləşdirilib.
Alabayın sahibi tapılıb. Onun sözlərinə görə, görülən bütün tədbirlərə baxmayaraq, heyvan həmişə onun əlindən qaçırmış.
RF İstintaq Komitəsi yoxlamalara başlayıb.
Mənbə: "Shot" "Telegram" kanalı /oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR