Jerar Depardye Parisdə saxlanıldı
Jerar Depardye Parisdə saxlanıldı
Məşhur fransız aktyor Jerar Depardye saxlanılıb.
Bu barədə Fransanın BFMTV telekanalı mənbəyə istinadən məlumat verib.
Telekanalın məlumatına görə, aktyor bu gün səhər saatlarında Parisdə polis bölməsinə çağırılıb və barəsində saxlanılma qərarı verilib.
BFMTV qeyd edib ki, aktyor iki qadına qarşı cinsi təcavüz ittihamı ilə bağlı saxlanılıb.
Bildirilib ki, ilk hadisə 2014-cü ildə "Sehrbaz və siamlar" ("Magicien et les Siamois", 2015) filminin, ikinci hadisə isə 2021-ci ildə "Yaşıl panjurlar" ("Les Volets verts", 2022) filminin çəkiliş meydançasında baş verib. Aktyor özü bütün ittihamları rədd edir.
Qeyd edək ki, daha əvvəl Jerar Depardyeyə qarşı bir neçə analoji şikayətlər verilib. Ən son şikayətlərdən biri ispaniyalı jurnalist Rut Basa tərəfindən qalıdırlıb. Basanın sözlərinə görə, hadisə 1995-ci ildə, o, 23 yaşında ikən Parisdə "Cinemania" jurnalı üçün aktyordan müsahibə aldığı zaman baş verib. / oxu.az
Turlar.az [newsid: 0-123300]

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır