Jurnalist Mahir Xəttab təcridxanada aclıq aksiyasına BAŞLADI
Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "Azadinfo.az" MMC-nin təsisçisi Mahir Ələkbərov (Xəttab) saxlanıldığı Bakı istintaq təcridxanasında aclıq aksiyasına başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə onun qohumları məlumat verib.
Bildiriblər ki, Mahir Ələkbərov aclıq aksiyasına bu gün başlayıb: "Mahir barəsində çıxarılan hökmün obyektiv, ədalətli olmadığına etiraz edir. Mahir işinə ədalətli baxılmasını, işinə obyektiv baxılmasını istəyir".
Qeyd edilib ki, Mahir Ələkbərov özünü günahkar hesab etmir. Deyir ki, barəsində heç bir cinayət olmadığı halda ağır cəza təyin olunub.
Qeyd edək ki, Nəsimi rayon Məhkəməsinin hakimi Azər Tağıyev Mahir Ələkbərovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Prokuror isə ona 4 il cəza istəmişdi.
Rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar