Kadırovun səhhəti pisləşdi: Hakimiyyəti 17 yaşlı oğluna ötürməyə hazırlaşır - ŞOK DETALLAR
Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhəti getdikcə pisləşir və o, hakimiyyəti 17 yaşlı oğlu Adam Kadırova ötürməyə hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə "Novaya qazeta" nəşri yazıb.
Məlumata görə, fevral ayından etibarən Kadırov mütəmadi olaraq "Aymed" klinikasında müşahidə altındadır və tez-tez gecəni orada keçirir. O, yalnız Qroznı ərazisində kortejlə hərəkət edir, respublika daxilində isə yalnız sanitar helikopterdən istifadə edir.
Onun ictimai-siyasi fəaliyyəti praktiki olaraq sosial şəbəkələrdə paylaşımlarla məhdudlaşıb, bu işi də mətbuat xidməti yerinə yetirir. Nümayəndəlik funksiyalarını isə hökumət başçısı Maqomed Daudova ötürüb. Kadırov Çeçenistan Konstitusiya Günü və Ramazan bayramı kimi mühüm tədbirləri də buraxıb.
Kadrovun əsas varis kimi gördüyü oğlu Adamı "Ramzanın gənc surəti" adlandırırlar. Qızı Ayşat Kadırova baş nazir müavini postunu tərk edib, digər qızları da dövlət xidmətindən ayrılıb ki, bu da ailənin yeni strategiyasından xəbər verir.
Kadırovun planı ailənin hüquq-mühafizə orqanlarına və biznes aktivlərinə nəzarətini qoruyub saxlamaq, eləcə də övladları üçün Putindən zəmanət almaqdır. Bu zəmanət olmadan hakimiyyətin ötürülməsi mümkün deyil.
2023-cü ildə, o cümlədən Ukrayna Hərbi Kəşfiyyatının (GUR) məlumatlarına əsasən, Kadırovun böyrək problemləri səbəbindən səhhətinin kritik vəziyyətdə olduğu bildirilmişdi. Hazırda onun hakimiyyəti yalnız federal maliyyə vəsaitləri, güc strukturları və cəzasızlıq immuniteti hesabına saxlanılır.
Natiq Səlim,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir