"Kafedə yeyib-içdikdən sonra gedib maşından tüfəng götürüb" - İş adamının qətlinin təfərrüatı
Xəbər verdiyimiz kimi, Göyçayda kafedə yeyib-içən tanışlardan biri digərini güllələyib.
azxeber.com "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisəni törədən şəxs şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Belə ki, dünən günorta saatlarında 43 yaşlı Cavanşir Şükürov 37 yaşlı Nicat Əliyev və digər tanışları ilə birgə kafedə yemək yeyib. Bu zaman Cavanşir Şükürovla Nicat Əliyev arasında mübahisə düşüb. Axşam saatlarında isə hirsi soyumayan Nicat yenidən Cavanşirin olduğu kafeyə gedib.
Rayon prokurorluğunda aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavanşir Şükürova ov tüfəngi ilə atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Verilən məlumata görə, hər iki şəxs bizneslə məşğul olub. Onların Rusiyaya meyvə satışı biznesi ilə məşğul olduğu bildirilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var