"Kainat Gözəli 2025" müsabiqəsinin sahibi barədə həbs qərarı
Tailandda keçirilən və qalmaqallarla yadda qalan "Kainat Gözəli 2025" beynəlxalq gözəllik müsabiqəsinin qalibi 25 yaşlı meksikalı Melissa (Fatima) Boş olub. Lakin yarışma başa çatsa da, onun ətrafındakı qalmaqallar səngimir.
azxeber.com xəbər verir ki, müsabiqənin sahibi, taylandlı media maqnatı Anna Cakkaponq Cakracatutxip dələduzluq və insan alveri ilə bağlı ittihamlarla üzləşib. Onun barəsində 30 milyon batlıq (təxminən 930 min dollar) cinayət işi çərçivəsində həbs qətimkan tədbiri seçilib. Anna məhkəməyə gəlmədiyi üçün hazırda axtarışa verilib.
Bununla paralel olaraq, onun biznes tərəfdaşı barədə Meksikada silah və narkotik qaçaqmalçılığı ilə bağlı istintaq aparılır.
"Associated Press" yazır ki, Annanın sahibi olduğu "JKN Global" 2023-cü ildən maliyyə böhranı yaşayır və investorlar qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyi üçün defolta düşüb. Şirkət 2024-cü ildə 3 milyard bat (təxminən 92,6 milyon dollar) borcu ilə bağlı məhkəməyə maliyyə bərpası üçün müraciət edib.
Tayland Qiymətli Kağızlar və Birja Komissiyası isə Anna və şirkətini maliyyə hesabatlarında "yanıldıcı məlumat" verdiyi üçün 4 milyon bat cərimələyib. Qeyd olunur ki, JKN Global 2023-cü ildə müsabiqənin 50% payının meksikalı iş adamı Raul Rocha Cantuya satılmasını investorlara tam açıqlamayıb.
Sanksiyalardan sonra Anna rəhbər vəzifələrdən uzaqlaşıb, amma şirkətdə aksioner olaraq qalıb. O, bu il Bangkokda keçirilən final mərasimində də iştirak etməyib.
Qeyd edək ki, müsabiqənin hüquqları 2022-ci ildən Anna və JKN Global-a məxsusdur. Bundan əvvəl isə yarışma ABŞ-nın keçmiş prezidenti Donald Trampa aid idi.

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Konfrans Liqası: I turun oyunlarına start verilir
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Azərbaycan məşhur yapon serialında - Foto
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu