Kamaləddin Qafarov: "Qarabağa qayıdış uzaqda deyil...

Kamaləddin Qafarov: "Qarabağa qayıdış uzaqda deyil...Kamaləddin Qafarov: "Qarabağa qayıdış uzaqda deyil..."
"Azərbaycanın müstəqillik tarixində qazandığı uğurlara diqqəti yönəldərək bildiririk ki, bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Ölkəmizdə aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə göstərilir."
Bu sözləri Prezident İlham Əliyevin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində söylədiyi fikirlərə münasibət bildirən millət vəkili Kamaləddin Qafarov söyləyib.
K.Qafarov bildirib ki, bu nailiyyətlərin qazanılmasında indi ölkəmizə uğurla rəhbərlik edən Prezident İlham Əliyevin də böyük xidmətləri olub. Azərbaycan Prezidenti SOCAR-da 9 il şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik edib və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynayıb. Azərbaycan tərəfinin inandırıcılığı sayəsində yeni kontrakt imzalanmış, "Total" şirkəti ilə SOCAR-ın əməkdaşlığı nəticəsində böyük qaz-kondensat yatağı aşkarlanmışdır.
Milliət vəkili sözünə davam edərək bildirib ki, "Abşeron" yatağının istifadəyə verilməsi də Prezident İlham Əliyevin iradəsi ilə baş tutub. Bu yataqda ilkin proqnoza görə 350-360 milyard kubmetr qaz ehtiyatları var. Artan daxili tələbatı ödəmək məqsədilə "Abşeron"un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Yataqda 100 milyon ton kondensatın olması neft hasilatını və ixracını sabit saxlamağa imkan verir. Təqribən 7 milyard dollar dəyəri olan "Mərkəzi-Şərqi Azəri" adlanan yeni layihənin icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq.
Millət vəkili möhtərəm Prezidentimizin qeyd olunan müsahibəsində söylədiyi "Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz də bir o qədər möhkəm olacaq" fikrini vurğulayaraq, bu gün Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edən "Əsrin müqaviləsi"nin siyasi əhəmiyyətini də xüsusi qeyd edib.
Dövlətimizin başçısı İlham Əliyevin irəli sürdüyü "Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir" tezisi bugünkü reallıqlarımızda öz əksini tapıb. "Qara qızıl"ın insan kapitalına çevrilməsi uğurlarımızın davamlılığını şərtləndirir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan mütərəqqi islahatlar, iqtisadiyyatın elmi əsaslara söykənməsi, şaxələndirmə siyasətinin uğurla həyata keçirilməsi nəticəsində paytaxt və bölgələrdə, kənd və qəsəbələrdə aparılan genişmiqyaslı quruculuq işləri, qarşıdakı dövrlər üçün müəyyənləşdirilən hədəflər bir daha təsdiqləyir ki, inkişafın Azərbaycan modelinin mövcudluğu parlaq bir reallıqdır.
K.Qafarov bildirib ki, sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin ölkə televiziyalarına verdiyi müsahibədə əsas məqamları daxili və xarici siyasət məsələlərinin dərin və praqmatik təhlili, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və qonşu ölkənin fərsiz başçısına göndərdiyi sərt mesajlar təşkil edib.
Prezidentimiz bu münaqişənin tarixinə qısa ekskurs etdikdən sonra Ermənistanın Baş naziri Paşinyanın siması, Ermənistanın bugünkü rəhbərliyinin ölkəni uçuruma aparmasını, məsuliyyətsizliyini konkret faktlarla ifşa etmiş, onun addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilməməsini söyləmişdir. Prezidentimiz xatırlatmışdır ki, iki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı, çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında da ancaq nifrət hissləri doğururdu. Nikol Paşinyan hakimiyyəti isə hakimiyyətə gələr-gəlməz Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərib, yalvarıb və vaxt istəyib.
Daha sonra Paşinyan Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş edib. Paşinyan Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq, danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meyilli olmasını, məsələni həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş etmişdir.
Amma iyul, avqust, indi də sentyabr hadisələri göstərir ki, Ermənistan öz məğlubiyyətlərini qələbə kimi qələmə verməyə çalışır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir? İlham Əliyev erməni siyasətini çox sərrast şəkildə xatrakterizə edərək deyib:
"Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır".
Millət vəkili bildirib ki, bu gün Ermənistanla faktiki olaraq danışıqlar getmir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Paşinyan həyasızcasına deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz.
Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir. Ölkəmiz imitasiya naminə danışıqlarda iştirak etmək niyyətində deyil.
Prezident İlham Əliyev son günlər Ermənistanda cərəyan edən hadisələri çox gözəl xarakterizə edib:
"Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır…Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək. Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur".
Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsinin son sözləri hər bir azərbaycanlının ürəyindən xəbər verib, onlarda böyük ruh yüsəkliyi yaratmış və vətənpərvərlik hisslərini daha da coşdurmuşdur:
"Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" /oxu.az

Siyasi       Tarix: 22 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun meherremlik 2026 cəbhədən görüntülər xeberler bu qun