Kamran Ağayevə yüksək vəzifə verildi - RƏSMİ
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Data idarəolunması departamentinə yeni direktor təyin edilib. Sözügedən vəzifəyə 2023-cü ilin iyun ayından Kamran Ağayev rəhbərlik edir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidən azxeber.com-a verilən məlumata görə, Kamran Ağayev İRİA ilə yanaşı, "Azercell" şirkətində Data idarəolunması şöbəsinin və ADNSU-da fəaliyyət göstərən "Big Data və Analitika Mərkəzi"nin rəhbəri vəzifələrini davam etdirəcək.
K. Ağayev 20 ildən çoxdur ki, verilənlər bazası administratoru ixtisası üzrə çalışır və "Oracle" sahəsində bir sıra professional, ekspert və master sertifikatlarına sahibdir. ABŞ-də "Oracle verilənlər bazasında məlumatların nüsxəsinin alınması və bərpa yolları" və "Oracle Certified Master" adlı 2 kitabı nəşr olunub.
O, fəaliyyəti ərzində dünyanın müxtəlif ölkələrində (ABŞ, Yaponiya, Çin, Tailand, Cənubi Koreya, Avstraliya, Hindistan, Argentina, Uruqvay, Panama, Kosta-Rika, Meksika, Qvatemala və bir sıra Avropa ölkələri) beynəlxalq konfransda çıxışlar edib, "Oracle" şirkəti tərəfindən dünyada sayı 120-dən az olan "Oracle ACE Director" mükafatına layiq görülüb.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi