Kamran Əliyev ermənilərin qanunazidd əməlləri ilə bağlı Rusiya Baş prokuroruna müraciət etdi

Kamran Əliyev ermənilərin qanunazidd əməlləri ilə bağlı Rusiya Baş prokuroruna müraciət etdiKamran Əliyev ermənilərin qanunazidd əməlləri ilə bağlı Rusiya Baş prokuroruna müraciət etdi
Azərbaycan Respublikası Baş Prokurorluğu Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın Rusiyada yaşayan 20 minə yaxın erməni soydaşlarını könüllü qismində Dağlıq Qarabağ ərazisinə Rusiyadakı erməni diasporasının koməkliyi ilə göndəriləcəyinə dair bəyanatı ilə məlumat yayıb.
Məlumatda qeyd olunur:
"Bir sıra Rusiya Kütləvi İnformasiya Vasitələrində və sosial media səhifələrində Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın Rusiyada yaşayan 20 minə yaxın erməni soydaşlarını könüllü qismində Dağlıq Qarabağ ərazisinə Rusiyadakı erməni diasporasının koməkliyi ilə göndəriləcəyinə dair bəyanatı yayılıb.
Bundan başqa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi üzrə Mərkəzin sədri Semyen Baqdasarovun "Vzqlyad" qazetində Azərbaycanın mülki dinc əhalisinin yaşadığı Gəncə şəhəri və Daşkəsən rayonu ərazilərinin, o cümlədən beynəlxalq strateji əhəmiyyət kəsb edən Bakı-Ceyhan qaz kəmərinin atəşə tutulması barədə çıxışı da yer alıb.
Qeyd edilənlərlə bağlı, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnova və İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə rəsmi müraciət edərək bildirmişdir ki, sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla, o cümlədən Cenevrə Konvensiyası və BMT-nin Təhlükəsizlik Şurasının qərarları ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutmuş, nəticədə mülki əhali arasında ölən və yaralananlar var.
Müraciətdə həmçinin göstərilmişdir ki, hədəf kimi əhalinin kompakt olduğu məntəqələr – rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər – xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.
Hazırki vəziyyəti və yuxarıda qeyd edilənləri nəzərə alaraq, Baş Prokuror Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzkar siyasəti yürüdən, o cümlədən bəyanatlarında Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 208.1 (federal qanunla nəzərdə tutulmayan silahlı birləşmənin yaradılması, habelə belə bir qurumun rəhbərliyi və ya onun maliyyələşdirilməsi), 205.2.2 (KİV istifadə edilməklə terror fəaliyyətlərinə, terrorizmin ictimai əsaslandırılmasına və ya terrorizmin təbliğinə açıq çağırışlar), 280.2 (KİV istifadə edilməklə ekstremist fəaliyyətə açıq çağırışlar), 282.2 "b" bəndi (nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə insan ləyaqətinin alçaldılması), 359.3 (muzdluluq) və digər maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsinə açıq çağırışlara yol verən şəxslər və təşkilatlar barəsində qanuni tədbirlərin görülməsini xahiş etməklə, məsələni şəxsi nəzarətlərinə götürülməsinə ümidvar olduğunu bildirmişdir". /oxu.az

Siyasi       Tarix: 29 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun meherremlik 2026 cəbhədən görüntülər xeberler bu qun