Kamran Əliyev Türkiyənin Ədliyyə Akademiyasının rəhbəri ilə görüşüb - FOTO
Kamran Əliyev Türkiyənin Ədliyyə Akademiyasının rəhbəri ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Türkiyənin Ədliyyə Akademiyasının sədri Muhittin Özdəmirlə görüşüb.
Akademiyadan verilən məlumata görə, Kamran Əliyev və rəhbərlik etdiyi heyətin Türkiyə Ədliyyə Akademiyasına səfəri çərçivəsində təşkil olunan görüşdə "iki dövlət, tək millət" şüarı ilə ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Türkiyə Ədliyyə Akademiyasının sədri Muhittin Özdəmir rəhbərlik etdiyi qurumun xüsusən Türk dünyası və qardaş ölkələrlə ikitərəfli münasibətləri inkişaf etdirdiyini və təxminən 94 ölkə ilə əməkdaşlıqlarının mövcud olduğunu bildirib.
M.Özdəmir hər bir ölkənin çox dəyərli olduğunu, lakin Azərbaycan nümayəndələrini akademiyada qonaq etməkdən böyük qürur hissi keçirdiklərini vurğulayıb:
"Azərbaycanın Ədliyyə sisteminə verə biləcəyimiz töhfələri müzakirə edərək qarşılıqlı əməkdaşlığımızı davam etdirəcəyik. Türkiyə Ədliyyə Akademiyası olaraq biz Azərbaycanın hüquq sistemini daha irəli aparmaq üçün əməkdaşlığa hazırıq. İstənilən dəstəyi verə bilərik".
Azərbaycanın Baş Prokuroru Kamran Əliyev də özünü vətənindəki kimi hiss etdiyini və qardaş Türkiyə torpağında olmaqdan böyük sevinc hiss keçirdiyini qeyd edib.
Qazi Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" sözlərinə xatırladan Kamran Əliyev bu sözlərin mənasının 44 günlük Vətən müharibəsində bir daha anlaşıldığını vurğulayıb:
"Türkiyə bizə daim dəstək oldu, qardaş olduğumuzu, dost olduğumuzu göstərdi. Biz bunu heç zaman unutmarıq. Türkiyə Ədliyyə Akademiyası ilə Azərbaycanın məhkəmə sisteminə töhfələri ilə bağlı görüşərək əməkdaşlığımızı inkişaf etdirməyi planlaşdırırıq. Türkiyə Respublikasına bizi ölkənizdə qonaq etdiyiniz və daim bizə dəstək olduğunuz üçün təşəkkür etməyi borc bilirik".
İclasda həmçinin Türkiyənin Baş Prokuroru Bəkir Şahin, Baş prokurorluq və Ədliyyə Nazirliyinin nümayəndələri də iştirak edib.










Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına