Kanada diplomatiyası faktiki olaraq özünü gülünc vəziyyətə qoyub - İCMA
Qərbi Azərbaycan İcması Kanadanın xarici işlər nazirinin növbəti anti-Azərbaycan açıqlaması ilə əlaqədar dərin hiddətini ifadə edir.
KONKRET.azxəbər verir ki, Qərbi Azərbaycan İcması bu barədə bəyanat yayıb.
Bildirilib ki, "öz müqəddəratını təyinetmə" prinsipindən danışan Kanada diplomatiyası faktiki olaraq özünü gülünc vəziyyətə qoyub.
"Bu günlərdə okeanın o tayından tələm-tələsik Avropa İttifaqının Ermənistandakı missiyasına heyət göndərən, yaxın zamanlarda Ermənistanda səfirlik açmağı planlaşdıran Kanada, görəsən, həqiqətən də bilmir ki, heç Ermənistanın özü 2020-ci il Vətən müharibəsindən sonra "öz müqəddəratını təyinetmə" prinsipinə toxunmur. Amma əgər Kanada "öz müqəddəratını təyinetmə" prinsipinə bu qədər dəyər verirsə, onda ilk öncə özündən başlaya və müstəqillik hissinin çox yüksək olduğu əyalətinə müstəqillik verə bilər. Kanadadan Azərbaycana qarşı düşük açıqlamalara son qoymağı və ölkəmizin daxili işlərinə qarışmamağı tələb edirik", – bəyanatda qeyd edilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ