Kanada Ukraynadakı səfirliyinin fəaliyyətini dayandırdı
Kanada Ukraynada təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda bu ölkədəki səfirliyinin işini dayandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə xarici işlər naziri Melani Jolinin şənbə günü yaydığı bəyanatda deyilir.
"Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə cəmləşməsi ilə əlaqədar təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq, (Kanada hakimiyyəti) Lvovda müvəqqəti nümayəndəlik təşkil edəcək və Kiyevdəki səfirliyin işini dayandıracaq", – XİN rəhbəri bildirib. Jolinin sözlərinə görə, səfirliyin işi Ukraynada təhlükəsizlik vəziyyəti imkan verən kimi bərpa olunacaq.
Xarici işlər naziri vurğulayıb ki, Ukraynada Kanada vətəndaşlarına konsulluq xidməti Lvovdakı müvəqqəti diplomatik nümayəndəlik tərəfindən həyata keçiriləcək. "Lakin bizim diplomatik dəstək göstərmək imkanımız ciddi şəkildə məhdudlaşdırıla bilər", – bəyanatda əlavə edilir.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var