Kapital Bank 30-cu "Euromoney" Mərkəzi və Şərqi Avropa Forumunda
Hər il olduğu kimi bu il də Kapital Bank Vyanada keçirilən 30-cu "Euromoney" Mərkəzi və Şərqi Avropa forumunda iştirak edib. Bu mötəbər forum regionun əsas iqtisadi və maliyyə məsələlərini müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün platforma rolunu oynayaraq 2000-dən çox maliyyə bazarı liderini, hökumət nümayəndəsini, investor və beynəlxalq təşkilatı bir araya gətirib.
Forumda Kapital Bank-ı Xəzinədarlıq Departamentinin direktoru Fərid Əliyev, bankın Maliyyə İnstitutları şöbəsinin rəisi Anar Bayramlı təmsil ediblər. Qeyd edək ki, bankın öncəliyi daim dinamik inkişaf prosesini, beynəlxalq təcrübəni izləyərək müştərilərinə daha keyfiyyətli xidmət göstərməkdir. Elə bu məqsədlə də tədbirdə iştirak edən bank əməkdaşları dünyanın, xüsusilə aparıcı Avropa və Şərqi Avropa banklarının nümayəndələri ilə görüşüb, beynəlxalq maliyyə bazarlarında baş verən yeni tendensiyalar barədə fikir mübadiləsi aparıblar.
"Euromoney" Mərkəzi və Şərqi Avropa Forumu regiondakı əsas oyunçuların çağırışları və imkanları təhlil etmələrinə, sabitliyi və inkişafı təşviq edən siyasətlərin yaradılmasına töhfə vermələrinə imkan yaradır. Forumda mərkəzi bankların müasir iqtisadi mühitdə qarşılaşdıqları çətinliklər və imkanlar, inflyasiyanın öhdəsindən gəlmək üçün maliyyə siyasətinin effektivliyinin qiymətləndirilməsi, rəqəmsal valyutaların tətbiqi kimi mövzular müzakirə olunub.
Bundan əlavə forumda iqtisadi dayanıqlılıq, Ekoloji, Sosial və İdarəetmə (ESİ) təşəbbüsləri, maliyyə sektorunun rəqəmsallaşdırılması, davamlı maliyyələşdirmənin çətinlikləri və Avropa İttifaqına inteqrasiya prosesində Avropa iqtisadiyyatının gələcəyi kimi məsələlər də diqqət mərkəzində olub.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır