Kapital Bank BAFT-ın 100 illik yubileyinə həsr olunan Qlobal Toplantıda iştirak edib

Kapital Bank BAFT-ın 100 illik yubileyinə həsr olunan Qlobal Toplantıda iştirak edibKapital Bank 1–4 may 2022-ci il tarixlərində Amerika Banklar Assosiasiyasının (American Bankers Association) törəmə qurumu olan Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyasının (BAFT) Qlobal İllik Toplantısında iştirak edib. Qlobal İllik Toplantı BAFT-ın pandemiya başlayandan sonra keçirdiyi ilk canlı tədbirdir.
Toplantıda Kapital Bank-ın İdarə Heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq və Texnoloji həllər ofisinin rəhbəri Fərid Səmədov iştirak edib. Fərid Səmədov həmçinin 2021-ci ildə BAFT Gələcək Liderlər Proqramına ("BAFT Future Leaders Program") seçilib. Proqramın məqsədi davamlı transformasiyadan keçən bank sənayesində potensiallı liderləri müəyyən edərək, onların inkişafına dəstək verməkdir.
Hibrid formatda – həm onlayn, həm canlı şəkildə ABŞ-ın Vaşinqton şəhərində təşkil olunan BAFT-ın builki Qlobal Toplantısı qurumun 100 illik yubileyinə həsr olunub. Tədbir beynəlxalq ekspertlərin çıxışları, müxtəlif mövzularda sessiyalar və iştirakçılar arasında fikir mübadilələrinin aparılması üçün ikitərəfli görüşlərlə yadda qalıb. Gündəmdə olan mövzular sırasına qlobal iqtisadiyyat və gələcək fəaliyyət, rəqəmsallaşma və texnologiya, dünya iqtisadiyyatına və onun sabitliyinə təsir edən yeni çağırışlar, ekoloji, sosial və korporativ idarəetmə və digər məsələlər daxil edilib.
Qeyd edək ki, Kapital Bank 2017-ci ildən Amerika Banklar Assosiasiyasının (American Bankers Association) üzvüdür və MDB dövlətləri arasında assosiasiyada təmsil olunan yeganə maliyyə qurumudur.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , BirKart sifarişi üçün – .

İqtisadiyyat       Tarix: 04 may 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler axsam az xeberler siyaseti xeberler bugun valyuta mezennesi 2026