Kapital Bank "SIBOS 2024" beynəlxalq sərgisində

Kapital Bank Ölkəninbirinci bankı Kapital Bank 21-24 oktyabr 2024-cü il tarixlərində Çinin paytaxtıPekində keçirilən "SIBOS 2024" beynəlxalq sərgisində ölkəmizi təmsil edir.
azxeber.com xəbər verir ki, maliyyədünyasının gələcəyini müzakirə etmək və yeniliklərə birgə addım atmaq məqsədilə dünyanın hər yerindən 10 000-ə yaxın iştirakçını, 125-dən çox beynəlxalqeksponenti bir araya gətirən sərgidə Kapital Bank öz stendi ilə iştirakedir.
Tədbirin ilk günü bankın İdarə Heyətinin sədri Fərid Hüseynovun rəhbərliketdiyi nümayəndə heyəti Çin, İtaliya, Böyük Britaniya, İsveçrə, BƏƏ və İspaniyakimi ölkələrin aparıcı bank və maliyyə institutları ilə səmərəli görüşlərkeçirib. Bu görüşlərdə maliyyə texnologiyaları, rəqəmsallaşma, maliyyəinfrastrukturunun təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlıq perspektivlərimüzakirə olunub. Növbəti günlərdə də bu görüşlərin davam etdirilməsiplanlaşdırılır.
Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov öz sosial şəbəkəhesablarında tədbir haqqında fikirlərini bölüşərək bildirib: "Sibos kimi mötəbərbeynəlxalq tədbirdə iştirakımız qlobal maliyyə icması ilə əlaqələrinmöhkəmləndirilməsi, yeni tərəfdaşlıqların qurulması, eləcə də bankımızın əldəetdiyi nailiyyətləri, rəqəmsal transformasiya istiqamətindəki stratejiplanlarını və maliyyə sektoruna təqdim etdiyi yenilikləri beynəlxalq arenadanümayiş etdirmək baxımından əhəmiyyətli addımdır."
Qeyd edək ki, 1978-ci ildən hər il ənənəvi olaraq keçirilənbeynəlxalq sərgi bu il 24 oktyabr 2024-cü il tarixinədək dünyanın maliyyəliderlərini bir araya gətirməyə davam edir.
Ölkəninbirinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ənböyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinəmüraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— ,Birbank kartı sifarişi üçün — .

İqtisadiyyat       Tarix: 21 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbər son xəbərlər azərbaycanda son xeberler bugun 2026 canli valyuta mezenesi