Kapital Bank və Qırmızı Ürəklər Fondu Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil edib

Kapital Bank və Qırmızı Ürəklər Fondu Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil edibMəlumat verdiyimiz kimi Kapital Bank korporativ sosial məsuliyyət istiqamatinə uyğun olaraq Qırmızı Ürəklər (Red Hearts)Fondu ilə birgə "Hər şey mümkündür!" adlı sosial layihə həyata keçirir. 2021-ciildən etibarən mütəmadi olaraq keçirilən layihənin əsas məqsədi Daun və autizmsindromlu, eləcə də əlilliyi olan uşaqların cəmiyyətdə aktiv iştirakının təminedilməsi, onların həyat keyfiyyətinin yüksəldilməsi, inklüzivlik, bərabərlik, müyəssərlik meyarlarının artırılmasıdır.   
Layihənin davamı olaraq Daun və autizm sindromlu, eləcə də əlilliyiolan uşaqların incəsənətə marağını, bu sahənin onların səhəttinə müsbət təsirininəzərə alaraq     1-iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində "Eko çanta üzərində rəsm", "Akril boya ilə kətan üzərindərəsm", "Keramika" master-klasları həyata keçirilib.
Cəmiyyətdə sosial dəstəyə ehtiyacıolan şəxslər tərəfindən böyük maraqla qarşılanan "Hər şey mümkündür!" layihəsiartıq beynəlxalq səviyyədə bir neçə uğur qazanıb. Belə ki, layihə "Felis Mükafatları" çərçivəsində 11 noyabr 2022-ci il tarixindəİstanbul şəhərində keçirilən ənənəvi "Brand Week" tədbirində "Ən yaxşı reklamkampaniyası" və "Ən yaxşı film" nominasiyasında qızıl mükafata layiq görülüb.2021-ci ildə Ukraynada keçirilən "Kyiv International Advertising Festival"da isəlayihə iki nominasiya üzrə bürünc medal qazanıb.
Eyni zamanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində sosial dəstəyə ehtiyacı olan uşaqlara sevinc bəxş etmək üçün Qırmızı Ürəklər Fondu "İnkişafa Doğru" İmkansız Ailələrə Sosial Yardımvə Hüquqi Maarifləndirmə İctimai Birliyi ilə birgə "Ramazan xeyriyyə yarmarkası"keçirib. Yarmarkadan toplanan ianələr hesabına Bilgəh qəsəbəsindəki 11 saylı İnteqrasiyatəlimli internat məktəbinə gigiyenik, təmizlik və geyim vasitələri alınıb.Bununla yanaşı Sumqayıt şəhərində yaşayan 16 yaşa qədər olan 109 şəhid övladına"Əli və Nino" kitab mağazaları şəbəkəsindən hədiyyə kartları təqdim edilib.
Qeyd edək ki, "Red Hearts"-QırmızıÜrəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü iləyaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə,sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.  saytına daxil olmaqlafondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlıməlumatları əldə etmək, həmçinin "Cəmiyyət" bölməsinə daxil olub ianələr etməkolar. / azxeber.com

İqtisadiyyat       Tarix: 31 may 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı


azerbaycan xeberleri son xeberler yeni xeberler ensonxeberler en son xeberleri son xeber.az