Karantin qaydalarını pozanları güllələyirlər - DƏHŞƏTLİ SİSTEM
Kolumbiyada koronavirus pandemiyasına qarşı sərt karantin rejimi tətbiq olunur.
Publika.az xəbər verir ki, ölkə miqyasında silahlı qruplar və narkotik kartelləri küçələrdə nəzarəti ələ keçirib.
"The Guardian"ın xəbərinə görə, yoluxmanın nəzarətdən çıxdığı bölgələrdə qanlı "ədalət" və karantin sistemi başladan qruplar qaydaları pozanları edam edir.
İnsan Hüquqlarını Müşahidə Təşkilatının məlumatına görə, ölkədə bu günə qədər 9 nəfər kartellərin elan etdiyi çətin və qanlı qaydaları pozduğuna görə silahla vurulub. Onlardan biri qaydalara etiraz etdiyi üçün Putumayo bölgəsinə aparılan Edison Leon adlı siyasi fəaldır. O, "La Mafia" adlı birlik tərəfindən qətlə yetirilib.
Başqa bir bölgədə isə sosial məəsafə qaydalarına riayət etməyən 3 nəfər güllələnib.
Hazırda Kolumbiyanın 32 əyalətindən 11-də hökumətin elan etdiyi qaydaların əvəzinə silahlı qruplaşmaların sistemi işləyir. Yerli hökumət bu bölgələrdə silahlıların təhdidinə məruz qalıb.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək